Azərbaycan Gürcüstan və Türkiyə ilə Orta Dəhlizin potensialını müzakirə edib
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan, Gürcüstan və Türkiyə Orta Dəhlizin potensialının reallaşdırılmasını müzakirə edib.
Newscenter.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Gürcüstan – Azərbaycan – Türkiyə biznes forumunda ölkələrimiz arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və tərəfdaşlığın səmərəliliyinin daha da artırılması imkanları dəyərləndirilib.
M.Cabbarov qeyd edib ki, regional bağlantıların gücləndirilməsi üçün strateji imkanları vurğulayaraq, enerji resurslarından effektiv istifadənin, Orta Dəhlizin potensialının reallaşdırılmasının, rəqəmsal tranzit infrastrukturunun təkmilləşdirilməsinin, ölkələrimizin ixrac imkanlarının artırılmasının və ticarət əlaqələrindəki dinamikanın davamlı dəstəklənməsinin önəmini qeyd edilib: "Fəaliyyətimizin prioritet istiqamətlərindən olan təchizat zəncirlərinə investisiyaların cəlb edilməsi və işgüzar dairələr arasında sinerjinin təşviqi dayanıqlı iqtisadi ekosistemin formalaşdırılmasına xidmət edir".
Xatırladaq ki, Gürcüstanın Kaxeti regionunda keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forum keçirilir.
Bu mövzuda digər xəbərlər:Gürcüstan və Türkiyə Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə edib
28 May 2026 18:22
Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişafını müzakirə edib
25 İyun 2025 18:38
Gürcüstan Azərbaycan və Qazaxıstanla birlikdə Orta Dəhlizin yükdaşıma potensialını artıracaq
17 Noyabr 2026 10:45
Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib
18 Noyabr 2026 18:41
Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf istiqamətlərini müzakirə edib
22 May 2025 12:51
Baxış sayı:165
Bu xəbər 26 Fevral 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















