Azərbaycan Gürcüstanda ikinci böyük yatırımçıdır
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstana birbaşa xarici investisiyaların həcmi 2025-ci ildə 19,3 faiz artaraq 1,9 milyard dollara çatıb. Azərbaycan isə Gürcüstanın əsas investorları sırasında ikinci yeri tutub.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti (Geostat) məlumat verib. Məlumata görə, 2025-ci ildə Gürcüstana ümumilikdə 1 milyard 900,4 milyon dollar həcmində birbaşa xarici investisiya yatırılıb. Bu, 2024-cü ilin göstəricisindən 19,3 faiz, ilkin hesablamadan isə 12,5 faiz çoxdur. Ölkələr üzrə ən böyük investisiya Böyük Britaniyadan gəlib – 426,6 milyon dollar. Bu, ümumi investisiyaların 22,4 faizini təşkil edib.
Azərbaycan 214,4 milyon dollar investisiya ilə ikinci yerdə qərarlaşıb. Azərbaycanın Gürcüstanın ümumi birbaşa xarici investisiyalarında payı 11,3 faiz olub. Üçüncü yerdə isə 202,4 milyon dollar və 10,6 faiz payla Türkiyə qərarlaşıb.
Beləliklə, Böyük Britaniya, Azərbaycan və Türkiyənin Gürcüstanın 2025-ci ildə cəlb etdiyi birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 44,4 faiz təşkil edib. Geostatın məlumatına görə, investisiyaların əsas hissəsi təkrar investisiyaların payına düşüb. 2025-ci ildə təkrar investisiyaların ümumi birbaşa xarici investisiyalarda payı 82,5 faiz olub.
Sektorlar üzrə ən çox investisiya maliyyə və sığorta fəaliyyətinə yönəldilib. Bu sahəyə 633,2 milyon dollar vəsait yatırılıb ki, bu da ümumi investisiyaların 33,3 faizidir. Daşınmaz əmlak sektoruna 254,7 milyon dollar, ticarət sektoruna isə 191,1 milyon dollar investisiya qoyulub. Bu üç sektorun ümumi payı 56,8 faiz təşkil edib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 18 Avqust 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















