Icma.az
close
up
RU
Azərbaycan Gürcüstanı “pul yağışına” tutub YENİ rəqəmlər

Azərbaycan Gürcüstanı “pul yağışına” tutub YENİ rəqəmlər

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Gürcüstanın 2025-ci il üzrə açıqlanan yenilənmiş investisiya statistikası Azərbaycan üçün diqqətçəkən rəqəmləri ortaya qoyub. Ötən il Gürcüstana yönələn Azərbaycan mənşəli birbaşa xarici investisiyaların həcmi 214,4 milyon dollar təşkil edib. Bununla da Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələr sırasında ikinci yerdə qərarlaşıb.

Hurriyyet.media  xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidmətinin – “Sakstat”ın dəqiqləşdirilmiş məlumatlarına əsasən, 2025-ci ildə ölkəyə ümumilikdə 1 milyard 900,4 milyon dollar həcmində birbaşa xarici investisiya daxil olub.

Bu göstərici 2024-cü ilin dəqiqləşdirilmiş rəqəmi ilə müqayisədə 19,3 faiz çoxdur. Əvvəlki hesablamalarda 2025-ci ildə Gürcüstana 1,7 milyard dollar xarici investisiya yatırıldığı bildirilirdi. Lakin sonradan bir sıra müəssisələr üzrə reinvestisiya və kredit göstəricilərinin dəqiqləşdirilməsi nəticəsində yekun rəqəm 1,9 milyard dollara çatdırılıb.

Statistikanın ən diqqətçəkən məqamlarından biri Gürcüstana Azərbaycan kapitalının axınının həcmi ilə bağlıdır. 2025-ci ildə Gürcüstana ən çox sərmayə yatıran ölkə Böyük Britaniya olub. Britaniya kapitalının həcmi 426,6 milyon dollar, ümumi investisiyalarda payı isə 22,4 faiz təşkil edib. Azərbaycan isə 214,4 milyon dollar sərmayə ilə ikinci yerdə qərarlaşıb. Bu, Gürcüstana daxil olan bütün birbaşa xarici investisiyaların 11,3 faizinə bərabərdir. Üçüncü yerdə isə 202,4 milyon dollar investisiya ilə Türkiyə qərarlaşıb. Türkiyənin payı 10,6 faiz olub.

Beləliklə, Gürcüstana yatırılan hər 9 dollardan təxminən biri Azərbaycan kapitalının payına düşüb. Daha geniş mənzərədə isə Azərbaycan Gürcüstanın ən mühüm xarici investorlarından biri olaraq mövqeyini qoruyub. Bu rəqəm iki qonşu ölkə arasında iqtisadi münasibətlərin sadəcə ticarətlə məhdudlaşmadığını, Azərbaycan kapitalının Gürcüstan iqtisadiyyatında real biznes aktivlərinə çevrildiyini göstərir. 214,4 milyon dollarlıq göstərici ilk növbədə Azərbaycanın Gürcüstan iqtisadiyyatında mühüm investor ölkələrdən birinə çevrildiyini göstərir.

Azərbaycan və Gürcüstan arasında son illərdə enerji, nəqliyyat, logistika, ticarət, maliyyə, daşınmaz əmlak və digər sahələrdə əlaqələr genişlənib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi regional layihələr iki ölkənin iqtisadi əlaqələrinin strateji xarakterini daha da gücləndirib.

Bu baxımdan Azərbaycan sərmayəsinin Gürcüstana yönəlməsi yalnız biznes maraqları ilə deyil, iki ölkəni birləşdirən regional iqtisadi və logistika sisteminin formalaşması ilə də bağlıdır. Xüsusilə Gürcüstanın Qara dəniz limanları, tranzit imkanları və Avropa bazarlarına çıxış potensialı Azərbaycan şirkətləri üçün ölkəni cəlbedici investisiya məkanına çevirir.

“Sakstat”ın məlumatına görə, 2025-ci ildə Gürcüstanda xarici investorların ən çox maraq göstərdiyi sahə maliyyə və sığorta sektoru olub. Bu sahəyə 633,2 milyon dollar investisiya yatırılıb və ümumi xarici sərmayənin 33,3 faizi onun payına düşüb. İkinci yerdə daşınmaz əmlak sektoru qərarlaşıb – 254,7 milyon dollar və 13,4 faiz. Üçüncü sırada isə 191,1 milyon dollar və 10,1 faiz payla ticarət sahəsi dayanıb. Xarici sərmayələr həmçinin emal sənayesi, nəqliyyat, energetika, informasiya və kommunikasiya, su təchizatı və tullantıların idarə olunması kimi sahələrə yönəldilib.

Gürcüstanın son illərdəki iqtisadi siyasətinin əsas istiqamətlərindən biri xarici investisiyaların cəlb edilməsidir. Hökumət postpandemiya dövründə ölkəni daha aqressiv investisiya siyasəti ilə xarici kapital üçün cəlbedici məkana çevirməyi qarşıya məqsəd qoyub.

Son statistik rəqəmlər bu siyasətin müəyyən nəticələr verdiyini göstərir. 2020-ci ildə pandemiyanın təsiri ilə Gürcüstana birbaşa xarici investisiyalar 56,4 faiz azalaraq 596,2 milyon dollara düşmüşdü. Lakin sonrakı illərdə ciddi artım baş verdi. 2021-ci ildə investisiyaların həcmi 1 milyard 293,6 milyon dollar, 2022-ci ildə isə rekord 2 milyard 258,3 milyon dollar olub. 2023-cü ildə göstərici 2 milyard 69,8 milyon dollara, 2024-cü ildə isə 1 milyard 592,7 milyon dollara qədər geriləyib. 2025-ci ildə isə yenidən artım qeydə alınıb və investisiyaların həcmi 1 milyard 900,4 milyon dollara çatıb.

Azərbaycan kapitalının Gürcüstana bu həcmdə axması iki ölkənin iqtisadi əlaqələrinin gələcək perspektivləri baxımından da diqqət çəkir. Azərbaycan şirkətləri üçün Gürcüstan yalnız qonşu və dost ölkə deyil, həm də Qara dəniz və Avropa istiqamətində mühüm iqtisadi qapıdır. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstan ərazisindən istifadə olunması, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı, Orta Dəhlizin getdikcə daha böyük əhəmiyyət qazanması Bakı-Tbilisi iqtisadi xəttinin strateji əhəmiyyətini artırır.

Bu mənada 214,4 milyon dollarlıq sərmayə sadəcə statistik rəqəm deyil. Bu, Azərbaycan biznesinin Gürcüstan iqtisadiyyatına olan marağının və iki ölkənin iqtisadi sistemlərinin getdikcə daha sıx inteqrasiya olunduğunun göstəricisidir. Üstəlik, Azərbaycan kapitalının Böyük Britaniyadan sonra ikinci ən böyük investor kimi qeydə alınması Bakı ilə Tiflis arasındakı iqtisadi münasibətlərin regional miqyasda da ciddi çəkiyə malik olduğunu göstərir.

Başqa sözlə, Gürcüstanın xarici investisiya xəritəsində Azərbaycan artıq kənar investor deyil, ölkənin iqtisadiyyatına ən böyük kapital gətirən əsas tərəfdaşlardan biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Avqust 2026 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri