Icma.az
close
up
RU
Azərbaycan hansı ölkələrdən silah alır? ADLAR

Azərbaycan hansı ölkələrdən silah alır? ADLAR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Zəfər Günü Bakıda keçirilən parad Azərbaycanın hərbi təchizat xəritəsinin daha da genişləndiyini göstərdi. Paradda ilk dəfə nümayiş etdirilən silahlar, eləcə də yeni alınan texnikalar ölkəmizin bir mənbədən asılı olmadığını sübut edir. 

Modern.az-ın apardığı araşdırmaya görə, Azərbaycan 10-dan artıq ölkədən silah və texnika alır.

Son illər Türkiyə, İsrail və Pakistandan alınan hərbi məhsullar ordumuzun dəqiq zərbə qabiliyyətini artırıb.

Paradda İsrail istehsalı olan sistemlərin kütləvi iştirakı diqqəti çəkib. Paradda nümayiş etdirilən "Elbit Systems" şirkətinin PULS modul reaktiv artilleriya sistemi və ona inteqrasiya edilən "Predator Hawk" raketləri konteynerlərdən buraxılır və təxminən 300 kilometrə qədər məsafədəki hədəflərə dəqiq zərbə endirmək gücünə malikdir.

"Rafael" şirkətinin "IceBreaker" əməliyyat-taketiki raketləri də ilk dəfə paradda nümayiş olunub. Həmçinin Vətən müharibəsi zamanı tətbiq edilən 624 millimetrlik “LORA” əməliyyat-taktiki raket kompleksi xüsusi diqqət çəkib. Bunlardan başqa İsrail istehsalı zirehli texnikalar, pilotsuz uçuş aparatları və digər texnikalar paradda iştirak edib.

Türkiyədən alınan "Roketsan" şirkətinin istehsal etdiyi TRLG-230 və TRG-300 kimi yerüstü dəqiq atəş sistemləri paradın mühüm hissəsini təşkil edib. Bu sistemlərin pilotsuz uçuş aparatları ilə birgə işləyə bilən lazer və GPS/INS yönümlü məhvetmə qabiliyyətləri Azərbaycan prioritet verdiyi texnologiyalar sırasındadır. Eyni zamanda "Bayraktar TB2" və daha ağır sinif "Akıncı" PUA-ları ölkənin pilotsuz uçuş aparatları parkının əsasını təşkil edir.

Çindən alınan HQ-9BE (FD-2000B) uzunmənzilli zenit-raket kompleksi 2025-ci ildə ilk dəfə geniş ictimaiyyətə təqdim edilib. Açıq mənbə məlumatlarına görə, bu sistem 250–260 kilometrə qədər məsafədə hava hədəflərini nəzərə alma qabiliyyətinə malikdir və S-300, Buk və Tor kimi mövcud sistemi tamamlayaraq çoxlaylı hava müdafiəsi arxitekturasının "yuxarı qatını" gücləndirir.

Hərbi aviasiya sahəsində Pakistanla 2024-cü ildə əldə olunan razılaşmanın nəticəsi kimi JF-17 Block III qırıcılarının silahlanmaya qəbul edilməsi paradda diqqətə çatdırılıb. Block III versiyası AESA radarları və müasir hava-hava, hava-yer silahlarının inteqrasiyası ilə təchiz olunub və region üçün önəmli döyüş-aviasiya qabiliyyəti təqdim edir.

İtaliya istehsalı C-27J Spartan taktiki nəqliyyat təyyarəsi isə paradda yeni daxil olmuş platformalardan biri kimi göstərilib, bu təyyarə qısa eniş zolaqlarında əməliyyat aparmaq və təxminən 11 ton faydalı yük daşımaq imkanına malikdir.

Artilleriya parkının yenilənməsi Avropa mənbələrindən də davam etdirilir. Belarus istehsalı "Polonez-M" sistemləri, Çexiyanın DANA və DITA haubitsaları, eləcə də Serbiyanın NORA B-52 haubitsaları paradda nümayiş etdirilib. Rusiyadan əvvəllər alınan texnikalar, Cənubi Afrika Respublikası ilə birgə istehsal edilən zirehli maşınlar, həmçinin bəzi Avropa ölkələrindən alınan kiçik silahlar da paradda Azərbaycanın gücünü dünyaya göstərdi.

Nəticə etibarilə, Azərbaycanın silah tədarükü çoxmənbəli xarakter daşıyır. İsrail və Türkiyədən alınan dəqiq zərbə və PUA texnologiyaları, Çindən alınan strateji hava müdafiə sistemləri, Pakistandan alınan döyüş təyyarələri və Avropa mənbələrindən modern artilleriya kompleksləri Azərbaycanın hərbi potensialının həm coğrafi, həm də texnoloji baxımdan şaxələndiyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Noyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri