Icma.az
close
up
RU
Azərbaycan haqlı olaraq adekvat addımlar atır

Azərbaycan haqlı olaraq adekvat addımlar atır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq və bu zorakılıq nəticəsində ölüm halının baş verməsi qəbul olunmazdır. Bu zorakılığın hansısa kriminal qrup tərəfindən deyil, dövlətin mühüm qurumunun əməkdaşları tərəfindən törədilməsi isə ən azı təəssüf doğurur". Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın , milli ayrıseçkiliyin bariz nümunələridir. Yekaterinburqda baş verənlər isə prosesin idarə olunduğunu aydın göstərir.

Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Miqrantlarla yanaşı milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın digər regionlarını da əhatə edir. 

Millət vəkilinin sözlərinə görə, Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş zorakılıq iki ölkə arasında müttəfiqlik münasibətlərinə tamamilə ziddir. Azərbaycan hadisəyə rəsmi mövqeyini bildirib, Rusiyanın ölkəmizdəki diplomatik nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılaraq dövlətimizin mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb. Əgər Rusiya həqiqətən özünü müttəfiq hesab edirsə, dövlət səviyyəsində hadisə araşdırılmalı, günahkarlar cəzalandırılmalıdır. Nəzərə alaq ki, Azərbaycan hələ də mülki təyyarəsinin vurulmasını unutmayıb, Rusiyanın bu məsələdə hərəkətsizliyi qəbulolunmazdır. Bu yaxınlarda Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusiya ərazisinə buraxılmaması da bu ölkədə Azərbaycana qarşı formalaşdırılan münasibətin göstəricisidir. 

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan haqlı olaraq adekvat addımlar atır. Milli Məclisin nümayəndə heyətinin Rusiya nəzərdə tutulan səfərinin ləğv edilməsi, eləcə də Rusiyanın ölkəmizdə mədəniyyətin günlərinin təxirə salınması çox doğru addımlardır.

 Azərbaycan hər zaman Rusiya ilə münasibətlərdə bu səmimi olub, dostluq və tərəfdaşlıq mövqeyi sərgiləyib. Eyni addımların Rusiya tərəfindən də atılmasını gözləyirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyun 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri