Icma.az
close
up
RU
Azərbaycan hədəfdə: Rusiyada qarayaxma dalğası niyə güclənir?

Azərbaycan hədəfdə: Rusiyada qarayaxma dalğası niyə güclənir?

Icma.az, Modern.az saytına istinadən bildirir.

Son günlər Rusiya mediasında, sosial şəbəkələrdə və müxtəlif teleqram kanallarında Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasının aparıldığı açıq şəkildə müşahidə olunur. Müəyyən müddət nisbi sakitlik hökm sürsə də, Azərbaycan yenidən hədəfə çevrilib. Maraqlıdır ki, bu proses spontan və ya təsadüfi xarakter daşımır. Müşahidələr göstərir ki, eyni tezislər müxtəlif platformalarda paralel şəkildə tirajlanır, oxşar ittihamlar irəli sürülür və vahid informasiya xətti formalaşdırılır.

Halbuki son həftələr iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm siqnallar verilmişdi. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, qonşu dövlətlə münasibətlərə önəm verir və qarşılıqlı əməkdaşlığın inkişafında maraqlıdır. Müxtəlif səviyyələrdə təmasların bərpası, hökumətlərarası əlaqələrin aktivləşməsi və diplomatik dialoqun davam etməsi bunu təsdiqləyir.

Belə bir şəraitdə Azərbaycana qarşı informasiya hücumlarının yenidən güclənməsi müəyyən suallar yaradır. Əgər münasibətlərin normallaşmasına ehtiyac olduğu vurğulanırsa, o zaman mediada və sosial şəbəkələrdə nifrət ritorikasının təşviq olunması hansı məqsədə xidmət edir?

Ən diqqətçəkən məqamlardan biri Rusiyada yaşayan azərbaycanlıların hədəfə alınmasıdır. Onilliklər ərzində həmin ölkənin iqtisadiyyatına, biznes mühitinə, elm və mədəniyyətinə töhfə vermiş insanlar bir sıra media resurslarında "kriminal qruplaşma", "təhlükə mənbəyi" və digər təhqiredici ifadələrlə təqdim edilir. Bu isə artıq ayrı-ayrı şəxslərə qarşı deyil, bütöv bir etnik qrupa qarşı yönəlmiş mənfi stereotiplərin formalaşdırılması cəhdidir.

Müasir dünyada belə yanaşmaların təhlükəli nəticələri yaxşı məlumdur. Tarix göstərir ki, iqtisadi və siyasi problemlərin fonunda hansısa etnik və ya milli qrupun günahkar elan edilməsi cəmiyyətlərdə parçalanmaya, nifrətə və qarşıdurmalara gətirib çıxarır. Bu baxımdan, son dövrlərdə müşahidə olunan tendensiyalar narahatlıq doğurmaya bilməz.

Rusiyada Ukrayna ilə müharibə fonunda millətçi dalğanın güclənməsi, miqrantalara qarşı hücumlar, onların zorla hərbi xidmətə cəlb olunması, ayrı-ayrı tədris ocaqlarında milli zəmində azərbaycanlı, qırğız, tacik və s. xalqların nümayəndələrinə qarşı hücum faktlarının qeydə alınması müşahidə olunur. Xüsusən, özünü "rus icması" kimi təqdim edən və güc strukturlarına arxalanan yarımhərbi təşkilatların əcnəbilərə qarşı keçirdiyi qanunsuz reydlər bu təhlükəni daha da artırır. 

Digər tərəfdən, regionun geosiyasi mənzərəsi son illərdə ciddi şəkildə dəyişib. Cənubi Qafqaz artıq əvvəlki kimi xarici güclərin rəqabət meydanı deyil. Region ölkələri öz maraqlarını daha sərbəst şəkildə müəyyənləşdirir, iqtisadi və nəqliyyat layihələrini öz milli prioritetlərinə uyğun formalaşdırırlar. Yeni reallıqlar qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətləri zəruri edir.

Məhz buna görə də köhnə təzyiq metodları, informasiya kampaniyaları və ideoloji hücumlar əvvəlki effektini vermir. Azərbaycan həm siyasi, həm iqtisadi, həm də beynəlxalq nüfuz baxımından fərqli mərhələyə qədəm qoyub. Ölkənin regional layihələrdə oynadığı rol, enerji təhlükəsizliyinə verdiyi töhfə və beynəlxalq tərəfdaşlarla qurduğu əlaqələr bunu açıq şəkildə nümayiş etdirir.

Rusiyanın özündə isə vəziyyət kifayət qədər mürəkkəb olaraq qalır. İqtisadi çətinliklər, beynəlxalq sanksiyaların təsiri, hərbi xərclərin artması və sosial narazılıqlar hakimiyyət qarşısında ciddi çağırışlar yaradır. Belə şəraitdə xarici düşmən obrazının yaradılması və ya ictimai diqqətin başqa istiqamətlərə yönəldilməsi cəhdləri yeni deyil. Lakin bu taktikanın uzunmüddətli nəticə vermədiyi dəfələrlə sübut olunub.

Bu gün Cənubi Qafqazda formalaşmış yeni reallıq bütün regional oyunçulardan dəyişən şəraitə uyğun davranış tələb edir. Qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq regionun gələcəyini müəyyənləşdirən əsas prinsiplərdir. İnformasiya müharibələri, ksenofob ritorika və təhqir kampaniyaları isə nə münasibətlərin inkişafına, nə də regional sabitliyə xidmət edir.

Azərbaycan dəfələrlə nümayiş etdirib ki, qarşılıqlı faydalı əməkdaşlıqdan yanadır. Eyni yanaşmanın qarşı tərəfdən də sərgilənməsi həm ikitərəfli münasibətlərin, həm də bütövlükdə regionun maraqlarına cavab verərdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyul 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri