Icma.az
close
up
RU
“Azərbaycan həm də haqlı olduğu üçün yanında olduq”

“Azərbaycan həm də haqlı olduğu üçün yanında olduq”

“Ermənistanın Qarabağı işğal etməsi dərin acılara səbəb olmuşdu. Ailələr dağılmış, 1 milyondan çox insan evindən olmuşdu. Beləliklə, onların sadəcə evləri deyil, gələcəyə dair ümidləri də əlindən alınmışdı”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, deputat Mövlud Çavuşoğlu “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmini” mövzusunda təşkil edilən İkinci Beynəlxalq Konfransda bildirib.

M.Çavuşoğlu deyib ki, Qərbi azərbaycanlıların tələbləri torpaq yox, insan haqları məsələsidir. İcmanın fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur.

“Bütün Azərbaycan cəmiyyəti bu olanlardan təsirlənib. Bütün olumsuz şərtlərə rəğmən biz həmişə ədalətin qalib gələcəyi ümidini qoruduq. 30 ildən çox işğaldan sonra o torpaqlarda yenidən Azərbaycan bayrağının dalğalanması qürur mənbəyimiz oldu. Türkiyə olaraq bu dönəmdə can Azərbaycanın haqlı davasının yanında olduq.

Azərbaycan sadəcə bizim qardaşımız olduğu üçün yox, həm də haqlı olduğu üçün yanında olduq. Sülhün təsis edilməsi rifaha gətirib çıxaracaq. Geri qayıtma haqqı təməl insan hüququdur. Cənubi Qafqazı sülh bölgəsinə çevirə bilərik”, - deyə M.Çavuşoğlu bildirib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri