Icma.az
close
up
RU
Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə münasibətlərini qoruyur Deputat

Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə münasibətlərini qoruyur Deputat

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin sərəncamı ilə Ukraynaya humanitar yardım ediləcək. Belə ki, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycanın Energetika Nazirliyinə 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev bildirdi ki, Azərbaycanın beynəlxalq siyasəti balanslaşdırılmış xarakter daşıyır:

"Ukrayna-Rusiya müharibəsi başladığı gündən etibarən Azərbaycan mütəmadi olaraq Ukraynaya humanitar yardımlar göndərir və bu günlər də humanitar yardımların növbətisi həyata keçirilməkdədir. Buna paralel olaraq Rusiya ilə Azərbaycan arasında dostluq, qonşuluq və strateji əməkdaşlıq mövcuddur. Bu münasibətlərin də həmişə yaxşı səviyyədə olması üçün həm Azərbaycan, həm Rusiya çalışıbdır".

Deputatın sözlərinə görə, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun hərəkət edir və bu yardımların Rusiya ilə münasibətlərə mənfi təsir göstərməsi ehtimalı yoxdur.

"Mən düşünürəm ki, humanitar yardımların göstərilməsi Rusiya Azərbaycan münasibətlərində heç bir problem yaradası deyil. Çünki bu günə qədər də humanitar yardımların göndərilməsi zamanı Rusiya tərəfi bunu heç vaxt gündəmə gətirməyib və Azərbaycana qarşı hər hansı bir fikir səsləndirməyib. Mən düşünürəm ki, həm Ukrayna ilə münasibətlərimiz normal səviyyədə qorunub saxlanılacaq, eyni zamanda Rusiya ilə münasibətlərin qorunub saxlanması üçün daim iş aparılacaq", - deyə N.Həmzəyev bildirdi.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Fevral 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see246

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see237

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see199

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see189

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see161

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see142

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri