Icma.az
close
up
RU
Azərbaycan hərbçiləri daha bir əraziyə yerləşir? Sürpriz gəlişmə

Azərbaycan hərbçiləri daha bir əraziyə yerləşir? Sürpriz gəlişmə

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Politico” nəşrinin məlumatına görə, Azərbaycan, İndoneziya və Pakistan Qəzza zolağına sülhməramlı qüvvələr göndərmək üçün əsas namizəd ölkələr hesab olunur.

Bu iddia nə dərəcədə realdır? Daim gərginlik və müharibə zonası olan bir əraziyə qoşun göndərmək hansı riskləri daşıyır?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, bu ölkələrin adının Qəzzaya sülhməramlı göndərilməsi ilə bağlı hallandırılması məntiqə uyğundur:

Azərbaycan bu günə qədər iki bölgədə – Kosova və Əfqanıstanda sülhməramlı missiyada iştirak edib. Hər iki ərazi kifayət qədər təhlükəli zona hesab olunur. Xüsusilə də Əfqanıstan. Burada müharibə dayansa da, Talibanla ABŞ qüvvələri arasında gərginlik uzun müddət davam edib. Ən mürəkkəb və təhlükəli bölgələrdə Azərbaycan sülhməramlıları Türkiyə ilə birlikdə fəaliyyət göstərib.

Hazırkı mərhələdə Qəzza bölgəsinə göndəriləcək sülhməramlı kontingentin tərkibində azərbaycanlı hərbçilərin də olması ehtimalı var. Azərbaycanın belə missiyalar üçün seçilməsi təsadüfi deyil. Bunun arxasında ciddi siyasi və diplomatik əsaslar dayanır.

Səxavət Məmməd

Məsələn, Azərbaycan Fələstini dövlət kimi tanıyan ölkələrdən biridir. Ölkəmizdə Fələstinin diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Maraqlı bir detal da var. İsrail-Fələstin toqquşması zamanı Qəzzaya gedən jurnalistlərin sənədlərinə baxıldıqda azərbaycanlı olduqları məlum olanda hər iki tərəf nümayəndəlikdən hörmətlə qarşılanıblar. Azərbaycanın həm İsrail, həm də Fələstinlə münasibətləri sabit və balanslıdır”.

S.Məmmədin fikrincə, Pakistan və İndoneziyanın da bu məsələdə eyni mövqedən çıxış etməsi başadüşüləndir:

“Bu ölkələr Fələstin məsələsində qəti mövqeyə malikdirlər və ehtimal ki, Qərb ölkələrinin, xüsusən də Almaniyanın sülhməramlı qüvvələrini bölgədə görmək istəməzlər. Çünki fələstinlilər buna mənfi reaksiya verə bilər. Azərbaycan isə bu məsələdə böyük təcrübəyə malikdir. Əfqanıstanda ən son çıxan sülhməramlı kontingent Azərbaycan heyəti olub”.

Ekspert qeyd edib ki, istənilən halda bu kimi bölgələrdə fəaliyyət böyük risklər daşıyır:

“Unutmaq olmaz ki, Qəzza və ətraf ərazilərdə müxtəlif dini və radikal silahlı qruplar mövcuddur. Belə şəraitdə təhlükəsizlik təminatı və diplomatik əlaqələr xüsusi önəm daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri