Azərbaycan hərbçiləri NATO ölkələri ilə birgə təlimlərə qatıldı
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Serbiyanın cənubunda "Platinum Wolf 26" adlı çoxmillətli taktiki hərbi təlimlərə start verilib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyi Serbiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Avropa Komandanlığının dəstəyi ilə keçirilən təlimlərdə Azərbaycan, Bosniya və Herseqovina, Yunanıstan, Böyük Britaniya, Macarıstan, İtaliya, Rumıniya, Şimali Makedoniya, Monteneqro və Serbiyadan olan hərbi qulluqçular iştirak edirlər.
Nazirlikdən bildirilib ki, Buyanovac şəhəri yaxınlığında keçirilən təlimlərə ümumilikdə 550 hərbi qulluqçu cəlb olunub. Təlimlərin iyunun 13-dək davam edəcəyi qeyd olunub.
Təlim iştirakçıları sülhməramlı əməliyyatlar zamanı birgə fəaliyyət, koordinasiya və əməkdaşlıq bacarıqlarını təkmilləşdirəcəklər.
Qeyd edək ki, "Platinum Wolf" hərbi təlimləri Serbiyada 2014-cü ildən təşkil olunur. Serbiya Müdafiə Nazirliyi bu təlimlərin ölkənin bütün tərəfdaşlarla əməkdaşlığa və regional sabitliyin qorunmasına sadiqliyinin göstəricisi olduğunu vurğulayır.
Xatırladaq ki, Serbiya hökumətinin beynəlxalq hərbi təlimlərə tətbiq etdiyi moratorium səbəbindən "Platinum Wolf" təlimləri 2022-ci ildə keçirilməmişdi. Təlimlər 2023-cü ildən etibarən yenidən bərpa olunub.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:201
Bu xəbər 02 İyun 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















