Icma.az
close
up
RU
Azərbaycan heyva ixracı üzrə dünyada üçüncüdür

Azərbaycan heyva ixracı üzrə dünyada üçüncüdür

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın qeyri-neft-qaz sektorunun əsas dayaqlarından biri olan kənd təsərrüfatı sahəsinin inkişafı dövlət dəstəyi və həyata keçirilən islahatlar sayəsində nəzərəçarpacaq dərəcədə sürətlənib.

Qabaqcıl texnologiyaların, beynəlxalq təcrübədə özünü sübut etmiş yanaşmaların və kompleksli stimullaşdırıcı mexanizmlərin tətbiqi sözügedən sektorun ölkənin qeyri-neft-qaz iqtisadiyyatına və qeyri-neft-qaz ixracına verdiyi töhfəni əhəmiyyətli şəkildə artırıb. Azərbaycanın kənd təsərrüfatı sektorunun vacib və ixracyönümlü sahələrindən biri sayılan heyvaçılıq ölkəmizin mülayim iqlim şəraitində uğurla inkişaf edir və yüksək məhsuldarlığı ilə seçilir.

"Report" Azərbaycanda heyva istehsalı və ixracı ilə bağlı araşdırma aparıb.

Belə ki, son iki onillik ərzində heyva bağlarının sahəsi stabil olaraq artır və 2024-cü ilin sonuna 4,4 min hektar təşkil edib ki, bu da son 10 ildə 19 % artım deməkdir.

Cəmi məhsul yığımı 2024-cü ildə 43,8 min ton təşkil edib ki, bu göstərici 2023-cü il ilə müqayisədə 2 %, 2014-cü il ilə müqayisədə isə 61 % çoxdur. Heyva bağlarının sahəsinin ən geniş olduğu Mərkəzi Aran iqtisadi rayonunda (1,4 min hektar) ötən il heyva istehsalı 16,6 min tona bərabər olub. Əkin sahələrinin ümumi məhsuldarlıq dinamikası da artan xətlə davam edir və bu göstərici son bir il ərzində 1 %, son 10 il ərzində isə 29 % artaraq 2024-cü ildə 103,6 sent/ha təşkil edib. Heyva ağaclarının ən məhsuldar olduğu bağlar isə Qazax-Tovuz (181,6 sent/ha) və Mil-Muğan (165,7 sent/ha) iqtisadi rayonlarında yerləşir.

Azərbaycanda yetişdirilən heyva xarici bazarlara da iri həcmlərdə tədarük olunur. Beynəlxalq Ticarət Mərkəzinin 2024-cü il üzrə son məlumatlarına görə, Azərbaycan dünyada təzə heyva ixracatçıları siyahısında 3-cü yerdə qərarlaşıb. Sıralamada birinci pillədə Türkiyə, ikinci yerdə isə Niderland yer alıb.

Ötən il ölkəmiz 2,7 milyon ABŞ dolları dəyərində heyva ixrac edib və qlobal ixracda 8 % paya malik olub. Əsas ixrac bazarımız Rusiya olub. Bununla yanaşı, yerli heyva Qazaxıstan, Ukrayna, BƏƏ, Səudiyyə Ərəbistanı və Gürcüstana ixrac olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri