Icma.az
close
up
RU
Azərbaycan HHQ komandanı Çində keçirilən beynəlxalq sərgidə iştirak edib

Azərbaycan HHQ komandanı Çində keçirilən beynəlxalq sərgidə iştirak edib

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Cuhai şəhərində keçirilən 15-ci Çin Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dünyanın 100-dən çox ölkəsinin Hərbi Hava Qüvvələri (HHQ) komandanları və digər səviyyədə rəsmiləri, region və beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi sərgi zamanı general-leytenant N.İslamzadə Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri komandanı general-polkovnik Çan Dinqyu ilə görüşüb.

Görüşdə Azərbaycan və Çin HHQ arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. General-leytenant N.İslamzadə sərgiyə dəvətə görə çinli həmkarına minnətdarlığını bildirib.
Çinə işgüzar səfər çərçivəsində Belarus və İran HHQ komandanları, Rusiya Federasiyasının HHQ komandanının müavini, həmçinin Çinin Dövlət Müdafiə Sənayesi Kompleksinə daxil olan bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirilib.
Keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, beynəlxalq sərgidə Çin Müdafiə Sənayesi Korporasiyalarının ümumilikdə 260 növ döyüş təyyarəsi, helikopter, pilotsuz uçuş aparatı, HQ-9BE zenit-raket kompleksi, YJ-12E markalı gəmi əleyhinə qanadlı hipersonik raketlər, dron əleyhinə sistemlər, texnikalar və digər avadanlıqlar nümayiş etdirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Noyabr 2024 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri