Azərbaycan İdman Akademiyası ilə Akdeniz Universiteti arasında protokol imzalanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 21 oktyabr, AZƏRTAC
Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Akdeniz Universiteti və Azərbaycan İdman Akademiyası (ASA) arasında ali təhsilin bakalavr səviyyəsinin “Məşqçilik” ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair protokol imzalanıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində Akdeniz Universitetinin rektoru Özlenen Özkanın və ASA-nın rektoru Fuad Hacıyevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Yeni proqramda tələbələr təhsilin birinci və dördüncü illərini qəbul olduqları universitetdə, ikinci və üçüncü illərini isə tərəfdaş universitetdə keçirəcəklər. Tədrisini uğurla başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin diplomu təqdim olunacaq.
Sənədin imzalanmasında məqsəd iki qardaş ölkə arasında idman təhsili sahəsində əməkdaşlığı daha da dərinləşdirmək, müasir beynəlxalq standartlara cavab verən peşəkar məşqçilərin hazırlanması üçün birgə tədris və elm mühiti formalaşdırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 21 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















