Icma.az
close
up
RU
Azərbaycan idmançıları Türkiyədə iki qızıl medal qazanıblar

Azərbaycan idmançıları Türkiyədə iki qızıl medal qazanıblar

Azərbaycan idmançıları Türkiyənın Antalya şəhərində keçirilən hərbi kikboksinq üzrə 1-ci "CISM" açıq çempionatında 2 qızıl medal qazanıblar.

"Report" xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə dünya və Avropa çempionu Eduard Məmmədovun yetirmələri olan Elvin Məmmədov (54 kq) və Amin Quliyev (67) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bundan başqa, Eduard Məmmədov 11 ölkə idmançılarının qatıldığı yarışın ən yaxşl baş məşqçisi adına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan millisi yarışı ümumilikdə 7 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:81
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri