Icma.az
close
up
RU
Azərbaycan idmanı gələcəkdə daha böyük zirvələri fəth edəcək” SORĞU

Azərbaycan idmanı gələcəkdə daha böyük zirvələri fəth edəcək” SORĞU

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır.

Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır.

SİA 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə idmançılar arasında sorğu keçirib.

Qarabağın sabiq kapitanı Maksim Medvedev: “5 mart - idmanla məşğul olan insanlar üçün özəl bir gündür. Hamı bilir ki, idman insanların sağlamlığına necə təsir göstərir. Bəziləri idmanla peşəkar olaraq məşğul olur, bəziləri isə sağlamlığa görə. Son illərdə görünür ki, idmanla məşğul olanlar var. Qaçanlar, velosiped sürənlər, fitness zalda məşq edənlərin sayı artıb. İdmanla məşğul olanlar özlərini daha yaxşı hiss edir, onlar faydalı yeməklərə üstünlük verir və gözəl görsənirlər. Buna səbəb onların pis vərdişlərdən uzaq olmasıdır. Gənclərimizə tövsiyə edirəm ki, idmanla məşğul olsunlar. Peşəsindən aslı olmayaraq, idman həyat tərzidir”.

Azərbaycan millisinin sabiq güləşçisi Hacı Əliyev: “Bu gün münasibəti ilə ölkəmizdə olan bütün idmançıları ürəkdən təbrik edirəm. Gələcək nəsil idmançılarımıza uğurlar arzulayıram. Sözün əsl mənasında idman sağlamlıqdır və gözəl bir sahədir. Ölkəmizi idmançılarımız layiqincə təmsil edir, himnimizi səsləndirib, bayrağımızı qaldırırlar. Ona görə bu peşə çox şərəflidir. Cənab Prezidentə də təşəkkür edirəm ki, daim idmana və idmançılarımıza xüsusi diqqət və qayğı göstərir. Özünün də idmana olan sevgisi, diqqəti bizim üçün çox sevindiricidir. Gələcək yarışlarda bütün idmançılarımıza bol uğur arzulayıram. Qoy daim idmanla məşğul olsunlar. Bizim kimi idmançılar yaşlanıb idmandan getdikcə bizim yerimizi təcrübəli gənc idmançılarımız tutsun. Onlarda hər zaman durmadan çalışmalıdır ki, bizdən də yaxşı nəticələr versinlər”.

Azərbaycan millisinin badmintonçusu İbrahim Əliyev: “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idmansevərləri təbrik edirəm! Azərbaycan idmanı son illərdə böyük uğurlar qazanıb və bu nailiyyətlər idmançılarımızın əzmkarlığı, məşqçilərin səyi və dövlətin dəstəyi sayəsində mümkün olub. Gəlin, sağlam həyat tərzini təbliğ edək və idmanımızın inkişafına töhfə verməyə davam edək. Biz idmançılara dəstək olan hər bir kəsə təşəkkürümü bildirirəm. Günümüz mübarək!”.

Azərbaycan millisinin boksçusu Murad Allahverdiyev: “İdman sağlamlıqdır. Hər kəs idmanla məşğul olmalı, ruhunu sağlam saxlamalıdır. Hər bir ölkə üçün onun idman sahəsi xüsusi önəm daşıyır. Çünki hər bir idmançı öz ölkəsini və xalqının dəyərlərini nümayiş etdirir. Biz də daim idmandakı nəticələrimizi yüksək tutub, öz xalqımızı sevindirmək istəyirik. Bu gün münasibəti ilə bütün idmançı dostlarımızı təbrik edirəm”.

Azərbaycan millisinin boksçusu Məhəmməd Abdullayev: “Azərbaycanda idman yüksək səviyyədə inkişaf edir. Bütün bunların hamısı cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının sayəsindədir. Ölkə başısı tərəfindən bizə olan sevgi isə daim göz önündədir. Bütün bunlara görə də biz idmançılar hər zaman əlimizdən gələni edib yüksək nəticə qazanmalıyıq”.

Azərbaycan millisinin atleti Lamiyə Vəliyeva: “5 mart – “Bədən Tərbiyəsi və İdman Günü” ölkəmizdə idmanın əhəmiyyətini vurğulayan xüsusi bir gündür. Azərbaycan idmanı son illərdə böyük inkişaf yolu keçib, beynəlxalq arenada qazandığımız uğurlar isə bunun bariz nümunəsidir. Peşəkar idmançı kimi, bu sahəyə töhfə vermək və ölkəmizi layiqincə təmsil etmək mənim üçün böyük şərəfdir. Bu yolda ən vacib amillərdən biri isə nizam-intizamlı və məqsədyönlü olmaqdır. Uğurlar heç vaxt təsadüfi olmur, hər nailiyyətin arxasında böyük əmək, fədakarlıq və inam dayanır. Gənc idmançılara tövsiyəm odur ki, heç vaxt ruhdan düşməsinlər, çətinlikləri iradə ilə dəf etsinlər və daim öz üzərlərində işləsinlər. Bu əlamətdar gün münasibətilə bütün idmançılara, məşqçilərə və idmansevərlərə uğurlar arzulayıram. Ümid edirəm və bilirəm ki Azərbaycan idmanı gələcəkdə daha böyük zirvələri fəth edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Mart 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri