Azərbaycan idmanına ağır itki
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.
Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, tanınmış idman xadimi 78 yaşında ikən dünyasını dəyişib.
Cavanşir Qurbanov 1968-ci ildən idman sahəsində çalışmağa başlayıb.
O, 1972-1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru olub.
1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995-2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006 - 2017-ci ildə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.
Cavanşir Qurbanov Əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenli, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, Yasamal rayon Ağsaqqalar şurasının sədri olub.
Allah rəhmət eləsin!
Milli.Az
Baxış sayı:96
Bu xəbər 21 May 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















