Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Azərbaycan idmanının uğurlu inkişaf modeli MƏQALƏ

Azərbaycan idmanının uğurlu inkişaf modeli MƏQALƏ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı Azərbaycan idmanının son illərdə keçdiyi böyük inkişaf yolunun, əldə edilən tarixi nailiyyətlərin və gələcək perspektivlərin hərtərəfli təqdimatı kimi yadda qaldı. Dövlət başçısının səsləndirdiyi faktlar və strateji mesajlar bir daha təsdiqlədi ki, idmanın inkişafı Azərbaycanda təsadüfi deyil, düşünülmüş və ardıcıl dövlət siyasətinin nəticəsidir.

Prezident çıxışında qeyd etdi ki, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq arenalarda rekord nəticələr əldə etmişlər. İl ərzində 2000-dən çox medalın, o cümlədən 600-dən artıq qızıl medalın qazanılması ölkə idman tarixində mühüm göstəricidir. Bu nailiyyətlər idmançılarımızın yüksək peşəkarlığının, məşqçilərin əzmkarlığının və dövlətin idmana göstərdiyi hərtərəfli qayğının bariz təzahürüdür. Medalların sayının ildən-ilə artması aparılan siyasətin düzgünlüyünü bir daha sübut edir.
Dövlət başçısı vurğuladı ki, idmanın inkişafı Azərbaycanda prioritet dövlət siyasətidir. Son illər ərzində ölkədə idman infrastrukturu demək olar ki, sıfırdan qurulmuş və bu gün ən yüksək beynəlxalq standartlara cavab verir. Regionlarda idmanla məşğul olmaq üçün geniş imkanlar yaradılmışdır. 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu cür komplekslərin sayı 46-ya çatmışdır. Bu, idmanın yalnız paytaxtda deyil, bütün ölkə üzrə əlçatan olmasını təmin edir.
Prezident İlham Əliyev sağlam gənc nəslin yetişdirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu xüsusi qeyd etdi. Onun sözlərinə görə, sağlam və fiziki cəhətdən güclü gənclik olmadan nə idman uğurları, nə də ölkənin davamlı inkişafı mümkündür. Uşaqlıqdan idmana marağın formalaşdırılması gələcək qələbələrin təməlini qoyur və eyni zamanda cəmiyyətin sağlamlığını möhkəmləndirir.
Çıxışda gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin də mühüm əhəmiyyət daşıdığı vurğulandı. Prezident İlham Əliyev bildirdi ki, gənclərin fiziki hazırlığı ilə mənəvi saflığı vəhdət təşkil etməlidir. İdman bu baxımdan mühüm tərbiyəvi vasitədir. Xüsusilə son illərdə əldə edilən tarixi Qələbə idmançılarımızın məsuliyyətini daha da artırmışdır. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi beynəlxalq arenalarda çıxış edir, Dövlət Bayrağını qaldıraraq xalqımıza qürur hissi yaşadırlar.
2025-ci ilin ən mühüm idman hadisələrindən biri MDB ölkələrinin III Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi olmuşdur. Bu Oyunların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə təşkil olunması ölkəmizin geniş idman və təşkilati potensialını nümayiş etdirdi. Minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilən bu yarışlar Azərbaycanın qonaqpərvərliyini, infrastrukturu və təhlükəsizliyi bir daha dünyaya göstərdi. Azərbaycan komandası bu Oyunlarda ümumi hesabda ikinci yerə layiq görülərək yüksək nəticə nümayiş etdirdi.
Prezident İlham Əliyev ölkəmizdə ilk dəfə keçirilmiş UFC beynəlxalq turnirinin əhəmiyyətini də xüsusi vurğuladı. Dünyanın ən populyar idman yarışlarından birinin Bakıda təşkil edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və qlobal idman xəritəsində möhkəm yer tutduğunu göstərir. Turnirin dünya mediasında geniş işıqlandırılması ölkəmizin uğurlu təqdimatı olmuşdur.
Formula 1 Azərbaycan Qran-Prisi də ölkəmizin idman və turizm potensialının simvoluna çevrilmişdir. Prezidentin qeyd etdiyi kimi, ilk Formula 1 yarışından sonra ölkəyə gələn xarici turistlərin sayı 20 faiz artmışdır. 2025-ci ildə keçirilən yarışa bütün biletlərin əvvəlcədən satılması və yarım milyardlıq auditoriyanın yarışı izləməsi bu tədbirin qlobal təsir gücünü açıq şəkildə nümayiş etdirdi.
Gələcək planlar da xüsusi diqqət çəkir. 2026-cı ildə Qusarda, Şahdağ Xizək Kurortunda ilk dəfə Xizək üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanın qış idmanları sahəsində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Şahdağ Xizək Mərkəzinin sürətli inkişafı, yeni trasların istifadəyə verilməsi və turizm sektoruna verdiyi töhfələr regionun sosial-iqtisadi inkişafına mühüm təsir göstərir.
Çıxışda daha bir əlamətdar hadisə kimi Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi xüsusi qeyd olundu. Prezident İlham Əliyev bu statusu Azərbaycanda idman sahəsində görülən işlərə verilən yüksək qiymət kimi dəyərləndirdi və bu etimadın doğruldulacağını vurğuladı.
Sonda dövlət başçısı idmançıların və idman mütəxəssislərinin mükafatlandırılmasının artıq gözəl bir ənənəyə çevrildiyini qeyd edərək, Azərbaycanın idman şöhrətini ucaldan insanların fəaliyyətinin hər zaman dövlət tərəfindən layiqincə qiymətləndiriləcəyini bildirdi.
Nəticə etibarilə, Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışı Azərbaycan idmanının sistemli inkişafını, beynəlxalq arenada artan nüfuzunu və gələcəyə yönəlmiş strateji baxışını aydın şəkildə ortaya qoydu. Bu siyasət idmanı təkcə qələbələr mənbəyi deyil, eyni zamanda sağlam cəmiyyətin, güclü dövlətin və milli qürurun əsas sütunlarından birinə çevirir.

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Dekabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri