Icma.az
close
up
RU
Azərbaycan iki ayda Aİ ölkələri ilə 2,8 milyard dollarlıq ticarət aparıb

Azərbaycan iki ayda Aİ ölkələri ilə 2,8 milyard dollarlıq ticarət aparıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 804 milyon 317 min ABŞ dolları təşkil edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 % azdır.

Hesabat dövründə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 31,7 % azalaraq 2 milyard 428 milyon 516 min ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə 22,8 % azalaraq 375 milyon 801 min ABŞ dolları olub.

Yanvar-fevral aylarında Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 66,2 %, ümumi idxalında payı isə 14,4 % təşkil edib.

İki ayda Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Ruminiya, Bolqarıstan, Portuqaliya və Çexiya ilə formalaşıb.

Belə ki, İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 813 milyon 454 min ABŞ dolları olub ki, bunun da 1 milyard 732 milyon 161 min dolları ixracın, 81 milyon 292 min dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 20,4 %, o cümlədən ixrac 21,4 % azalıb, idxal isə 10,5 % artıb.

Rumıniya ticarət dövriyyəsinin dəyəri 151 milyon 96 min ABŞ dolları təşkil edib ki, bunun da 144 milyon 35 min dolları ixracın, 7 milyon 61 min dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 15,8 %, o cümlədən ixrac 13,6 %, idxal isə 44,8 % azalıb.

Bolqarıstanla ticarət dövriyyəsinin dəyəri 122 milyon 362 min ABŞ dolları olub ki, bunun da 119 milyon 256 min dolları ixracın, 3 milyon 106 min dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 8,7 %, o cümlədən ixrac 7,7 %, idxal isə 35,8 % azalıb.

Portuqaliya ilə ticarət dövriyyəsinin dəyəri 114 milyon 142 min ABŞ dolları təşkil edib ki, bunun da 112 milyon 367 min dolları ixracın, 1 milyon 775 min dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 2,3 %, o cümlədən ixrac 3 % artıb, idxal isə 27,1 % azalıb.

Çexiya ilə ticarət dövriyyəsinin dəyəri 92 milyon 77 min ABŞ dollar olub ki, bunun da 84 milyon 996 min dolları ixracın, 7 milyon 81 min dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 60,8 %, o cümlədən ixrac 62,1 % , idxal isə 31,9 % azalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Mart 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri