Icma.az
close
up
RU
Azərbaycan iki od arasında Hansı qərar veriləcək?

Azərbaycan iki od arasında Hansı qərar veriləcək?

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi, Pakistan və Hindistan arasında gərginlik pik həddə çatıb. Sözügedən vəziyyət bu ölkələrlə sıx münasibətləri olan tərəfdaş dövlətlər üçün çətin seçimlər və balanslı diplomatiya zərurəti yarada bilər. Məsələn, Azərbaycan ənənəvi olaraq Pakistanı dəstəkləyir, eyni zamanda İsrail və İtaliya kimi Hindistanla sıx əməkdaşlıq edən dövlətlərlə də strateji tərəfdaşlığa malikdir.

Belə bir vəziyyətdə, müttəfiq ölkələrin bir-biri ilə zidd mövqeləri Bakı üçün hansı çətinlikləri yarada bilər?

Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə deyib ki, dünya yenidən daha təhlükəli bir müharibənin astanasındadır:

“Bu, təkcə münaqişə tərəflərini deyil, digər ölkələr arasında da gərginlik yarada və yeni qarşıdurmalara zəmin hazırlaya bilər.

Azərbaycan dövləti olaraq belə bir müharibənin yaranması və onun mümkün fəsadları ilə bağlı narahatlığımızı dəfələrlə ifadə etmişik. Eyni zamanda, strateji müttəfiqimiz olan Pakistanın haqsızlığa məruz qalmasına dair mövqeyimizi daim açıq şəkildə bildirmişik. Qeyd edim ki, Pakistan da hər zaman Azərbaycanın haqlı mövqeyini yüksək səviyyədə müdafiə edib. Xatırlatmaq yerinə düşər ki, Ermənistanın torpaqlarımızı işğal etdiyini təsdiqləyən və bu işğalı pisləyən BMT qətnamələri məhz Pakistanın Təhlükəsizlik Şurasına sədrliyi dövründə qəbul olunub”.

Yalçın Hacızadə

Politoloqun sözlərinə görə, hazırda dünyadakı mürəkkəb və çoxqütblü vəziyyət fonunda adətən siyasi, iqtisadi və hərbi müttəfiqlər belə müxtəlif münaqişələrdə fərqli tərəfləri dəstəkləyə bilirlər:

“Qeyd etdiyiniz kimi, həm Pakistan, həm də İsrail Azərbaycan üçün önəmli və yaxın tərəfdaşlardır. Lakin Pakistan İsraili dövlət kimi tanımır, İsrail isə bu münaqişədə bizim üçün düşmən mövqedə olan Ermənistanı silahlandıran Hindistanı müdafiə edir. Yəni bu gün strateji müttəfiq olan ölkələrin maraqları zaman-zaman fərqlənə və bir-biri ilə ziddiyyət təşkil edə bilər. Bu, İsrail məsələsində də özünü göstərir burada Azərbaycanın təbii müttəfiqi və qardaş ölkəsi olan Türkiyə ilə yanaşmamız müəyyən mənada fərqlənə bilər.

Bütün bunları nəzərə alaraq düşünmürəm ki, Pakistan-Hindistan münaqişəsi çərçivəsində yaranan fikir ayrılıqları Azərbaycanın müttəfiqləri ilə münasibətlərinin pisləşməsinə səbəb olacaq.

Digər tərəfdən, İtaliya Azərbaycanın Avropa qitəsində ən böyük tərəfdaşlarından biridir. Son 30 ildə bu əlaqələr qarşılıqlı maraqlar və qarşılıqlı etimad əsasında inkişaf edib. Qlobal siyasi qeyri-sabitlik şəraitində İtaliya da, Azərbaycan kimi, belə bir dostluq münasibətini qorumaqda maraqlıdır və bu əlaqələrin davamlılığına önəm verir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 May 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri