Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Azərbaycan və Ermənistan arasında sülh danışıqları hansı mərhələdədir? TƏHLİL

Azərbaycan və Ermənistan arasında sülh danışıqları hansı mərhələdədir? TƏHLİL

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrəvandan göndərilən 11-ci təkliflər paketinə Bakıdan verilən reaksiyanın məzmunu və xarakterindən asılı olmayaraq, bir faktor xüsusi maraq kəsb edir - Ermənistanda konstitusiya dəyişikliyi. Bu problemlə bağlı İrəvandan gələn impulslar hələ də pozitiv deyil.

Ermənistan və Azərbaycan XİN-ləri arasında yekun sülh müqaviləsinin layihəsinə dair 11-ci təkliflər paketinin mübadiləsi əvvəlkilərdən fərqli olaraq çox vaxt aparmadı. Noyabrın 5-i səhər saatlarında Ermənistanın xarici siyasət idarəsi layihə ilə bağlı növbəti təkliflərini Bakıya göndərdiklərini açıqladı. Gün başa çatmamış, cəmi bir neçə saat sonra isə Azərbaycan XİN-i Ermənistanın təklifləri ilə bağlı cavabını İrəvana ünvanladıqlarını bildirdi.

Prosesin olduqca qısa zaman kəsiyinə başa gəlməsi tərəflərin mübahisəli məqamları aşıb finiş xəttinə çatdıqlarına dəlalət edə bilərmi?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Konsensus varmı?

Danışıqların pozitiv məcrada irəliləməsi və tərəflərin yekun sülhün imzalanması anına çatdıqlarına işarə edən dəlillər az deyil. Kazanda, BRICS-in sammiti çərçivəsində liderlərin ətraflı fikir mübadiləsi aparmaları, daha sonra isə problemlə birbaşa məşğul olan heyətlərlə əvvəlcədən elan edilməyən müzakirələrin keçirilməsi gündəmdə yekun dəqiqləşdirmələrin olduğu təsəvvürünü yaratdı. Hətta sammitin gedişində XİN rəhbərlərinin dövlət başçılarının yanına gəlmələri, onlardan alınan tapşırıqları qeyd etmələri də buna dəlalət edirdi. Artıq heyətlərlə keçirilən müzakirələrdə sülh müqaviləsinə hazırlıq prosesinin intensivləşdirilməsi göstərişinin verilməsi və noyabrın 1-də sərhəddə delimitasiya və demarkasiya prosesinə məsul işçi qruplarının bir araya gəlmələri Kazanda əldə edilən razılaşmanın icra mərhələsində olduğunu nümayiş etdirdi.

Şübhəsiz ki, sülh prosesinin sürətlənməsinə stimul olan bir sıra ciddi amillər var və onlardan ən əsası Bakıda keçiriləcək COP29-dur. Tam yəqinləşməyən informasiyaya görə, sammitdə Ermənistanı XİN başçısı Ararat Mirzoyan təmsil edəcək. Həm beynəlxalq birliyin göstərdiyi dəstək, həm də yerdəki reallıq Bakıda tərəflərin hansısa nailiyyəti anons edəcək çərçivə anlaşmasının imzalanmasını labüd edir. Xatırladaq ki, BRICS-in sammiti ərəfəsində ABŞ-nin mövcud Prezidenti Co Bayden hər iki liderə xüsusi məktubla müraciət edərək sülh prosesini yekunlaşdırmağa səsləmişdi. Kazanda isə Rusiya Prezidenti Vladimir Putin Bakı ilə İrəvan arasında əldə edilmiş nailiyyətləri salamladıqlarını bəyan etdi.

Danışıqların gedişindən əksər hallarda narazı kimi görünən Mirzoyan bir neçə gün öncə kifayət qədər optimist məzmunlu açıqlama verdi: "Dəqiqləşdiriləsi 1-2 məqam var və onların da öhdəsindən gələcəyik". 11-ci təkliflər paketinin belə tez bir zamanda İrəvan-Bakı və əks marşrutla mübadilə obyekti olması ehtimal ki, tərəflərin həmin "dəqiqləşdiriləsi 1-2 məqam" ətrafında konsensusa gəldiklərini göstərir.

Kosmetik düzəlişlər

Bununla belə, pozitiv bəyanatlara və baş verən hadisələrə rəğmən əks ssenari də istisna edilməməlidir. Yəni rəsmi Bakının çox qısa zamanda İrəvandan gələn təklifləri geri qaytarması tək razılıq əlaməti deyil, rədd göstəricisi də ola bilər. Azərbaycanın tələsən yeri yoxdur və bişməmiş sülh müqaviləsini imzalamağı da məqbul saymır. Rəsmi Bakı ərazi bütövlüyünü təmin, sərhədlərini və tam suverenliyini bərpa edib. Sülh sazişinin imzalanması ilə kağızda deyil, reallıqda əlaqəli olan bir sıra proseslərin isə alternativ həll variantları mövcuddur. Məsələn, götürək regional logistika problemini. Zəngəzur dəhlizi yoxdur, ancaq illərin sınağından çıxmış Gürcüstan marşrutu var. Ermənistan öz ərazisini vermək istəmir, əvəzində Araz çayı boyunca İrandan yeni yol çəkilir. Başqa sözlə, yekun sülh sazişinin bir hədəfi iki ölkə arasında üç onilliyi əhatə edən problemli münasibətləri sabitləşdirmək, sivil müstəviyə daşımaqdırsa, digər və İrəvan üçün heç də az önəmli olmayan missiyası Ermənistan cəmiyyətini təcriddən, iqtisadiyyatını isə tənəzzüldən çıxarmaqdır.

Yeri gəlmişkən, sülhün tezləşdirilməsi Paşinyan hökuməti üçün tək geosiyasi və iqtisadi məzmunlu məqsəd deyil. Təqribən ilyarımdan sonra Ermənistanda yeni parlament seçkiləri kampaniyasına start veriləcək. Hazırki sorğuların nəticələrinə görə, əhalinin Paşinyana rəğbət göstərməyən qismi böyük fərqlə olmasa da, hər halda onu dəstəkləyənlərdən çoxdur. Narazı kontingenti heç bir halda arqessiv və revanşist müxalifətlə dəyişik salmaq olmaz, çünki hakimiyyətin Azərbaycanla danışıqlar siyasətinə qarşı çıxanların kütləvi aksiyalarının sönük keçdiyi və nəticəsiz qaldığı faktdır. Narazıların sırasında revanşistlərlə yanaşı, Paşinyanın uzun müddət keçməsinə baxmayaraq, hələ də nəyəsə nail ola bilməməsindən razı qalmayanlar da var. Bu baxımdan, İrəvanın Bakı ilə sülhə gəlməsi, müharibə təhlükəsinin neytrallaşdırılması, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, iqtisadi münasibətlərə start verilməsi kimi proseslər Paşinyan üçün növbəti seçkilərdə təbliğat platformasının əsasını təşkil edə bilər.

Konstitusiya əngəli

İrəvandan göndərilən 11-ci təkliflər paketinə Bakıdan verilən reaksiyanın məzmunu və xarakterindən asılı olmayaraq, bir faktor xüsusi maraq kəsb edir - Ermənistanda konstitusiya dəyişikliyi. Bu problemlə bağlı İrəvandan gələn impulslar heç də pozitiv deyil. Paşinyanın komandasında hesab edirlər ki, konstitusiyanı dəyişmək üçün ən azı iki il vaxt lazımdır. O ki qaldı əsas qanunda Azərbaycana qarşı ərazi iddialarına, bu məsələni bu yaxınlarda Konstitusiya Məhkəməsinin xüsusi qərarı ilə qanundan kənar elan ediblər. Təbii ki, İrəvanda bu yolla əngəlin aradan qalxdığını, yaxud ən azı ertələndiyini düşünə bilərlər. Ancaq xüsusilə müharibənin yekunu olacaq dövlətlərarası saziş hakimiyyətlər deyil, dövlətlər və xalqlar arasında imzalanır. Konstitusiya Məhkəməsinin qərarı bu nöqteyi-nəzərdən əsaslı təminat rolunda çıxış edə bilməz, ələlxüsus da Ermənistan kimi yetkin olmayan ölkələrdə və cəmiyyətlərdə. Görünür ki, əgər tərəflər layihə mübadiləsinin 11-ci mərhələsində hansısa razılığa gəliblərsə, deməli, bu problemin tam çözülməsini təmin edə biləcək sabit çərçivə anlaşmasına dair çıxış yolu tapıblar. Hər halda, Bakının tez cavab verməsinin məzmunca müsbət və ya mənfi olduğunu bilmək üçün çox gözləmək lazım gəlməyəcək: COP29-un start götürməsinə sayılı günlər qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri