Icma.az
close
up
RU
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında parlamentlərarası əməkdaşlıq müzakirə edilib

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında parlamentlərarası əməkdaşlıq müzakirə edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 may, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaş ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Saqr Qobaş bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verdiyini qeyd edərək, xüsusilə iqtisadi əməkdaşlıq sahəsində əldə olunan nəticələrdən razılığını ifadə edib.

Bu səfərin onun Milli Məclisin sədri kimi Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olduğunu deyən Sahibə Qafarova

qeyd edib ki, ölkələrimizi tarixi, dini və mədəni köklər birləşdirir və ikitərəfli əlaqələrimiz qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf edib. Görüşdə münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin liderlərinin birgə səylərinin, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri barədə də fikirlər ifadə olunub. Qeyd olunub ki, ölkələrimiz BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər. Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizin sədrliyi ilə həyata keçirilən tədbirlər təşkilatın institusional inkişafına və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfələr verir. O, Birləşmiş Ərəb Əmirlikləri parlamentinin təmsilçilərinin Parlament Şəbəkəsinin tədbirlərində iştirakından məmnunluğunu bildirib.

Federal Milli Şuranın sədri Saqr Qobaş Sahibə Qafarovanı yenidən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri seçilməsi münasibətilə təbrik edərək, beynəlxalq münasibətlərdə müşahidə olunan qütbləşmə və gərginliklər fonunda Parlament Şəbəkəsinin mühüm rol oynaya biləcəyini və ölkəsinin bu platforma çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini bildirib.

Görüşdə qanunverici orqanlarımız arasında da iki ölkə münasibətlərinin ruhuna uyğun uğurlu əlaqələrin qurulduğu qeyd olunaraq vurğulanıb ki, həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq bu sahədə müsbət nəticələrin əldə olunmasını şərtləndirib. Sahibə Qafarova Federal Milli Şuranın sədri ilə bundan öncə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, bu cür təmasların, o cümlədən qarşılıqlı səfərlərin münasibətlərə müsbət töhfələr verdiyini bildirib. Söhbət zamanı dostluq qruplarının fəaliyyətinin də parlamentlərarası əlaqələrin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb. O, BƏƏ parlamentinin üzvlərinin mütəmadi olaraq Milli Məclisin təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirakından razılığını bildirib.

Görüşdə Azərbaycanın COP29-a sədrliyi ilə BƏƏ-nin COP28-ə sədrliyi arasında çox uğurlu əməkdaşlıq olduğu bildirilib. Həmçinin COP29 çərçivəsində keçirilən Parlament Toplantısında BƏƏ parlamentinin 3 nümayəndəsinin iştirak etdiyi, tədbirin təşkilində tərəflər arasında təcrübə mübadiləsi aparıldığı da diqqətə çatdırılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri