Azərbaycan ilə Braziliya arasında turizm əlaqələri müzakirə olunub
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Braziliyanın turizm naziri Selso Sabino arasında keçirilən görüşdə ölkələrimiz arasında turizm əlaqələrinin perspektivləri müzakirə edilib.
Agentlikdən bildirilib ki, görüşdə Azərbaycanda keçirilən COP29 tədbirində turizm mövzusuna xüsusi günün həsr olunması, burada səsləndirilən təşəbbüslərin davamlılığının COP30 tədbirində də saxlanılması, həmçinin bu istiqamətdə birgə fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin turizm üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı tədbirlərin təşkili məsələləri müzakirə olunub.
Görüş çərçivəsində Dövlət Turizm Agentliyinin inzibati binasının önündə Agentlik sədri Fuad Nağıyev və Braziliyanın turizm naziri Selso Sabino nar ağacı əkiblər.
Fuad Nağıyev Selso Sabinoya öz ölkəsində əkməsi üçün simvolik olaraq nar ağacı hədiyyə edib ki, COP29-da turizm sahəsində əldə edilmiş razılaşmalar, COP30-un ev sahibi kimi Brazilyada da davam etdirilsin, bununla da turizm və iqlim mövzularının COP-un davamlı olaraq gündəliyinə salınması təmin edilmiş olsun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Noyabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















