Icma.az
close
up
RU
Azərbaycan ilə Tacikistan arasında tekstil sektorunda Anlaşma Memorandumu imzalanıb

Azərbaycan ilə Tacikistan arasında tekstil sektorunda Anlaşma Memorandumu imzalanıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Tacikistana işgüzar səfər çərçivəsində ölkənin Sənaye və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən I Beynəlxalq tekstil və yüngül sənaye forumunda təmsil olunub, müxtəlif qurumlarla bir sıra görüşlər keçirib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, 50-dən çox ölkədən iştirakçı toplayan forumunun nazirlər panelində çıxış edən Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının (ITMF) baş direktoru Kristian Şindler, Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kəbir, Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Sanjarbek Bolotov, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, İsveçrə Tekstil Qurğuları Assosiasiyasının prezidenti Davide Makabruni və tekstil sahəsi üzrə ixtisaslaşmış beynəlxalq şirkətlərin nümayəndələri tekstil sənayesinin qlobal inkişaf perspektivləri haqqında danışıblar.

Paneldə Azərbaycan və Tacikistan arasında tekstil sahəsində əlaqələrin gücləndirilməsi imkanları dəyərləndirilib, eləcə də sənaye sektorunda iki ölkə arasında yol xəritəsinin hazırlanması məsələsi qeyd edilib. Forum çərçivəsində, həmçinin Azərbaycan Tekstil Assosiasiyası ilə Tacikistanın Pambıq və Tekstil Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə tekstil sənayesinin, o cümlədən dayanıqlı kənd təsərrüfatı, ipəkçilik və ticarətin birgə inkişaf etdirilməsi üzrə birgə fəaliyyət nəzərdə tutulur.

Səfər zamanı Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyində nazir müavini Əziz Nəzər və ölkənin Pambıq və Tekstil Assosiasiyasının sədri Umed Şomurodovla ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında sənaye əməkdaşlığının mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

ITMF-in baş direktoru Kristian Şindler və İsveçrənin Tekstil Qurğuları Assosiasiyasının prezidenti David Makkabruni ilə baş tutan görüşdə tərəflər Azərbaycanın ITMF-ə potensial üzvlüyünün açacağı imkanlar, istehsal sahəsində qabaqcıl texnologiyaların tətbiqi və regional tərəfdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Bundan əlavə, gələcək tədbirlərin ölkəmizdə keçirilməsi məqsədilə ITMF nümayəndələri Bakıya dəvət olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri