Icma.az
close
up
RU
Azərbaycan IMF ilə dövlət müəssisələrində stress testlərin tətbiqini müzakirə edib

Azərbaycan IMF ilə dövlət müəssisələrində stress testlərin tətbiqini müzakirə edib

Icma.az bildirir, Sia Az portalına istinadən.

Maliyyə Nazirliyi və Beynəlxalq Valyuta Fondu (IMF) dövlət müəssisələrinin sağlamlığının yoxlanılmasında stress-test alətlərinin tətbiqini müzakirə edib.

SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu barədə müzakirələr maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkəmizdə səfərdə olan IMF-in Fiskal Məsələlər Departamentinin baş iqtisadçısı Nino Çelişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Görüşdə dövlət müəssisələrinin monitorinqi və hesabatlılığı üzrə mövcud çərçivələr, bu sahədə həyata keçirilən islahatlar, eləcə də institusional mexanizmlərin təkmilləşdirilməsi və fiskal risklərin idarə olunması məsələləri müzakirə edilib. O cümlədən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin institusional fəaliyyəti, dövlət müəssisələrinin monitorinqi və fiskal təsirlərin qiymətləndirilməsi üzrə görülmüş işlər və monitorinq prosesində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.

A.Kərimov bildirib ki, dövlət müəssisələrinin monitorinqi sahəsində son illərdə həyata keçirilən islahatlar şəffaflıq və hesabatlılıq səviyyəsinin güclənməsinə mühüm töhfə verir. Qeyd edilib ki, bu istiqamətdə institusional çərçivənin daha da təkmilləşdirilməsi və fiskal risklərin səmərəli idarə olunması prioritet olaraq qalır.

N.Çelişvili isə dövlət müəssisələrinin sağlamlığının yoxlanılması və stress-test alətlərinin tətbiqi, eləcə də bu sahədə institusional potensialın gücləndirilməsi üçün texniki əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, missiya çərçivəsində gözləntilər və gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

4–15 may tarixlərini əhatə edən səfər çərçivəsində nümayəndə heyətinin Maliyyə Nazirliyi ilə yanaşı, digər dövlət qurumlarında da görüşlər keçirməsi, dövlət müəssisələrinin fəaliyyəti, idarəetmə təcrübələri və həyata keçirilən islahatlara dair müzakirələr aparması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:357
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 May 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri