Icma.az
close
up
RU
Azərbaycan İnsan resurslarının idarə edilməsi adlı beynəlxalq foruma qatılıb

Azərbaycan İnsan resurslarının idarə edilməsi adlı beynəlxalq foruma qatılıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) "İnsan resurslarının idarə edilməsi" adlı forumunda təmsil olunub.

XQ bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ölkəmizi tədbirdə qurumun İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev, həmin baş idarənin şöbə rəisi Ülviyyə Hacıyeva və Tədris Mərkəzinin şöbə rəisi Ülkər Kazımova təmsil ediblər.

Forumda vergi orqanlarında innovasiyaları və adaptasiyanı təşviq etməyə yönəlmiş öyrənmə və inkişaf sahəsindəki irəliləyiş və təcrübələr təqdim olunub. Qlobal tendensiyaların gələcək iş şəraitinə təsiri, sürətlə inkişaf edən texnoloji yeniliklər, dəyişən əmək bazarı demoqrafiyası, korporativ dəyərlər və iş mühiti ilə bağlı yeni gözləntilər şəraitində insan resursları mütəxəssislərinin üzərinə düşən vəzifələr və bu dəyişikliklərə hazırlıq məsələləri müzakirə edilib. Davamlı öyrənmə, inkişaf və innovasiya mədəniyyətinin təşviqi, rəqəmsal bacarıqların aşılanması, yumşaq bacarıqların inkişafı, liderlik qabiliyyətinə fokuslanmaq, təşkilatların sürətlə dəyişən mühitin çağırışlarını qarşılamağa və vergi işçiləri üçün zəruri bilik və bacarıqları effektiv şəkildə təmin etməyə yönəlmiş mexanizmlər diqqətə çatdırılıb.

Forumda insan kapitalına dair yeni tələblər, rəqəmsal səriştələr, süni intellektin tətbiqi imkanları, təlimçi bazasının formalaşdırılması və müasir trendlərə uyğunlaşma strategiyaları barədə fikirlər səsləndirilib. Tədbir çərçivəsində süni intellektin tətbiqi və təlimçilərin formalaşdırılması barədə qrup müzakirələri təşkil olunub. Azərbaycan nümayəndələri müzakirələr zamanı təmsil etdikləri qurumun təcrübəsini bölüşüblər.

Forum zamanı İsveçrə, Fransa, Finlandiya, Belçika, Macarıstan, Ukrayna, Bolqarıstan, Yunanıstanın və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının vergi sahəsində insan resurslarının idarə edilməsi barədə təcrübələri təqdim edilib.

Tədbir çərçivəsində vergi nümayəndələri müxtəlif ölkələrin təmsilçiləri ilə ikitərəfli görüşlər keçiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri