Azərbaycan investisiya xərclərini 2 dəfə artırır
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
2027-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) 5,3 milyard manat olması nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Məlumata görə, bu, 2026-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 96,3 % və yaxud təxminən 2 dəfə çoxdur.
Gələn il investisiya xərcləri iqtisadi fəaliyyət xərclərinin 59,5 %-ni təşkil edəcək. Bu il üçün proqnoz 34,4 %-dir.
İnvestisiya xərclərinin 2028-ci ildə 5,5 milyard manat, 2029-cu ildə 5,6 milyard manat, 2030-cu ildə isə 5,7 milyard manat olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 16 Oktyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















