Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu ŞƏRH AZƏRTAC

Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 noyabr, AZƏRTAC

Əvvəlcə onu qeyd etməliyik ki, COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi, qlobal problemlərin paytaxtımızda çözülməsi ölkəmizin xarici siyasətinin tarixi uğuru, qələbəsi oldu. COP29 təkcə iqlim savaşı kimi yadda qalmadı, eyni zamanda, xalqları, ölkələri yaxınlaşdıran yaşıl diplomatiya müzakirəsi meydanına çevrildi. Ölkəmizə qarşı bütün qarayaxmalara, baykotçuların idbar təbliğatlarına baxmayaraq Bakıda planetar hadisə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası öz işini uğurla başa çatdırdı. Onun nəticələri tədbirin təşkilatçısı və tərəfləri həyati razılaşmalara yaxınlaşdıran əsas hərəkətverici qüvvə kimi Azərbaycanın növbəti parlaq qələbəsi sayıla bilər. Bu mötəbər tədbirin keçirilməsi, şübhəsiz ki, hər bir dövlət üçün böyük sınaqdır və Azərbaycan bunun öhdəsindən uğurla gəldi, beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı və gələcəkdə bəşəriyyəti iqlim dəyişikliyinin fəlakətli nəticələrindən xilas etmək üçün real fəaliyyətə mühüm töhfə verdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O bildirib ki, dövlətimizin başçısının dünya iqlim sammitinə verdiyi qiymət Azərbaycanın qlobal missiyaya sədrliyinin tarixi uğurunu çox dəqiq və yığcam şəkildə əks etdirdi. Çünki COP29-un təsirli nailiyyətlərinin arxasında aylarla davam edən geniş hazırlıq işləri və bəşər övladının həyatını dəyişən iki həftəlik gərgin və çətin müzakirələr dayanırdı. Danışıqların müəyyən seqmentlərinin gərgin xarakterini nəzərə alsaq, iqlim sammitinin nəticələrini, şübhəsiz ki, təsirli adlandırmaq olar, bəzi qərarlar hətta gözləntiləri üstələdi. Belə ki, konfrans iqlim dəyişikliyi ilə mübarizə üçün ildə 300 milyard dollar ayırmaq barədə tarixi razılaşma ilə başa çatdı. Lakin bu razılaşmanın əldə edilməsi prosesi məsuliyyətli inkişaf etməkdə olan ölkələr və Qərbin öz öhdəliklərini yerinə yetirmək cəhdləri arasında döyüş meydanına çevrildi. Lakin bəzi bədnam qüvvələrin manipulyasiyalarına baxmayaraq, beynəlxalq ictimaiyyət fikir ayrılıqlarını aradan qaldırmaq bacarığını nümayiş etdirdi.

“Əlbəttə, COP29-un Azərbaycanda keçirilməsi təkcə təşkilatçılıq baxımından deyil, həm də nəticələri baxımından tarixi hadisə idi. Dövlətlərin belə bir-birindən fərqli maraqlarını birləşdirmək və məhsuldar danışıqları təmin etməkdə Bakının unikal bacarığı digər ölkələr üçün nümunə sayılmalıdır. Azərbaycan nümayiş etdirdi ki, konstruktiv dialoq və planetin gələcəyi üçün məsuliyyət dar siyasi ambisiyalardan üstün olmalıdır. Bütün bunlar onu göstərir ki, COP29-un məqsədlərinə nail olunub. Azərbaycan gələcək COP-ların uğuru üçün müsbət presedent yaratdı və Bakıda qəbul edilən qərarları qlobal iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsi hesab etmək olar. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Bakıda keçirilən COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.

Çoxtərəfliliyin təntənəsinə çevrilmiş COP29 ölkələr arasında körpülərin qurulması və qlobal problemlərdən əziyyət çəkən xalqların nümayəndələri üçün mötəbər tribuna oldu. Bu tribunada müstəmləkəçilik, onun fəsadları və yaşatdığı dəhşətli problemlərdən qurtulmağın yolları, əziyyət çəkən xalqlara həmrəyliyin nümayişi hər şeydən qabaq insanlığın qorunmasına töhfə idi. Təkcə öz vətəndaşına deyil, bəşər övladına sevgi ilə yanaşan Azərbaycan dövləti narahat dünyamızın qorunması istiqamətində Prezident İlham Əliyevin bəyan etdiyi kimi iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. COP29-da dünya buna bir daha şahidlik etdi”, - deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri