Azərbaycan iqtisadiyyatı 2025 ci ildə 2,4 faiz böyüyüb Sahil Babayev
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun olaraq, maliyyə dayanıqlığı və sosial öhdəliklərin tam yerinə yetirilməsi prinsipləri əsasında icra olunub. Hesabat ili ərzində qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə makroiqtisadi sabitlik qorunub, iqtisadi artım təmin edilib və dövlət siyasətinin əsas prioritetləri nəzərə alınmaqla bütün tədbirlər ardıcıl şəkildə həyata keçirilib".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirdi.
Nazir əlavə etdi ki, Azərbaycan Respublikası Prezidentinin qeyd etdiyi kimi: "Biz böyük infrastruktur layihələri icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq:
"Bizim yolumuz davamlı inkişaf və şəffaf idarəetməyə əsaslanır.Bu yanaşma 2025-ci il dövlət büdcəsinin icrasında öz aydın təzahürünü tapıb. Büdcə həm iqtisadi artımın dəstəklənməsinə, həm sosial öhdəliklərin tam icrasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasına xidmət edib, Azərbaycanın 2030-cu ilədək müəyyənləşdirilmiş rəqəmsal prioritetlərinə doğru inamlı irəliləyişini təmin edib. Müstəqil Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu son illərdə ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında rolunu əhəmiyyətli dərəcədə artırıb. 2025-ci ildə Azərbaycan Respublikasında ümumi daxili məhsul real ifadədə 2,4 faiz artaraq 129,1 milyard manat təşkil edib. Həmin ildə adambaşına düşən ümumi daxili məhsul 12,6 min manata yüksəlib. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində 2025-ci ildə qeyri-neft sektorunda 4,7 faiz real artım əldə olunub. ÜDM-in 72 faizi və ya 92,3 milyard manatı qeyri-neft sektorunun payına düşüb".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 12 İyun 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















