Azərbaycan İran dialoqu regional sabitliyin qorunmasına xidmət edir ŞƏRH EDİLDİ
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı Azərbaycan–İran münasibətlərinin hazırkı mərhələdə hansı strateji çərçivədə inkişaf etdiyini aydın şəkildə göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, bu təmas rəsmi Bakının regionda artan geosiyasi gərginlik fonunda balanslı, praqmatik və dialoqa əsaslanan xarici siyasət xəttinə sadiq qaldığını nümayiş etdirir: "Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri üzərində qurulması təsadüfi deyil. Tarixi, etnik və dini bağlar bu münasibətlərin sosial-siyasi dayağını formalaşdırır və dövlətlərarası dialoqa əlavə dərinlik qazandırır. Dövlət başçıları səviyyəsində davamlı təmaslar isə bu əlaqələrin situativ deyil, institusional xarakter daşıdığını göstərir. Araz çayı üzərində Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin xüsusi vurğulanması münasibətlərin yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, real iqtisadi və nəqliyyat-logistika layihələri ilə möhkəmləndirildiyini sübut edir. Bu layihə təkcə iki ölkə arasında əlaqələri gücləndirmir, eyni zamanda regionun tranzit imkanlarını artırmaqla daha geniş geoiqtisadi məkan formalaşdırır. Prezident İlham Əliyevin bölgədə yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə etməsi və Azərbaycanın gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu bəyan etməsi Bakının regional təhlükəsizlik məsələlərində konstruktiv aktor rolunu bir daha təsdiqləyir. Azərbaycan açıq şəkildə göstərir ki, qarşıdurma və təzyiq siyasəti deyil, danışıqlar və qarşılıqlı anlaşma region üçün yeganə dayanıqlı çıxış yoludur.
Bu yanaşma Azərbaycanın həm regional, həm də beynəlxalq səviyyədə etibarlı vasitəçi və məsuliyyətli tərəfdaş kimi qəbul olunmasına xidmət edir. İranla münasibətlərin bu xətt üzrə inkişaf etdirilməsi isə Cənubi Qafqaz və Yaxın Şərq arasında yerləşən Azərbaycanın geosiyasi mövqelərini daha da möhkəmləndirir. Ümumilikdə, bu telefon danışığı Azərbaycanın xarici siyasətində emosional reaksiyalardan uzaq, milli maraqlara əsaslanan və uzunmüddətli sabitliyi hədəfləyən strateji düşüncənin üstünlük təşkil etdiyini göstərir. Regionda mürəkkəb proseslərin getdiyi bir dövrdə Bakı dialoq mərkəzli yanaşması ilə sabitliyin əsas dayaqlarından biri kimi çıxış edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 02 Fevral 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















