Azərbaycan İranın ən güclü sütunlarından biri olub
Icma.az bildirir, Axar.az portalına istinadən.
Bu gün Şəms Təbrizinin adı Azərbaycanla İran, İranla mənəviyyat, müdriklik və insanlıq arasında qırılmaz bağın daha bir halqasıdır.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Xoy şəhərində Azərbaycanın böyük sufi şairi Şəms Təbrizinin xatirəsinə ucaldılmış abidə və onun adını daşıyan mədəniyyət kompleksinin açılış mərasiminə ünvanladığı təbrikdə deyib.
Pezeşkian Azərbaycanın tarix boyu İranın ən güclü sütunlarından biri olduğunu bildirib.
“Bu arzu illər ərzində Xoy və Təbriz xalqının sevgisi və əzmi, tədqiqatçıların və sənətçilərin səyləri ilə yaşadılıb. Bütün hökumətlərə, xeyriyyəçilərə və bu kompleksdə ilk addımdan dizayn, maliyyələşdirmə, tikinti və tamamlanma mərhələsinə qədər rol oynayanlara səmimi qəlbdən təşəkkür edirəm”, - prezident vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 08 Oktyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















