Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Energetika Nazirliyi Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birlikdə “Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) adlı proqram təsis edib.
AZƏRTAC xəbər verir ki, proqram COP29 çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda təqdim olunub.
Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən nazirlər və nazir müavinləri iştirak ediblər. Onlar Mərkəzi Asiya ölkələrində artan enerji tələbatını ödəmək, enerji mənbələrinin müxtəlifliyini təmin etmək, iqtisadi artımı dəstəkləmək və iqlim məqsədlərinə nail olmaq üçün yaşıl enerjidən istifadəni artırmağın yollarını müzakirə edib.
Qeyd olunub ki, APRECA proqramı Mərkəzi Asiya ölkələrinin potensialını səfərbər edərək regional əməkdaşlıq çərçivəsində investisiyaların genişləndirilməsini, regionlararası əlaqələrin gücləndirilməsini və sosial-iqtisadi faydaların artırılmasını hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 Noyabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















