“Azərbaycan İsrail əməkdaşlığının dərinləşdirilməsi son dərəcə mühümdür” Politoloq
Icma.az, 525.az saytına istinadən bildirir.
“Davos İqtisadi Forumunda Azərbaycan və İsrail prezidentləri arasında görüş baş tutdu. Görüş əsnasında dövlət başçıları əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu və perspektivlərlə bağlı məsələləri müzakirə etdilər. Bunun ardınca Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul etməsi ondan xəbər verir ki, dövlət başçıları arasında müzakirə edilən məsələlər dərhal, vaxt itirmədən öz həllini tapmalıdır”.
Bu barədə 525.az-a politoloq Şəbnəm Həsənova Azərbaycan-İsrail münasibətləri, XİN başçısının səfərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, məsələyə digər tərəfdən, dünya reallığı prizmasından baxanda görürük ki, bu gün dünyada dövlət-özəl tərəfdaşlığı yeni mərhələyə qədəm qoyub:
“Liderlər də öz növbəsində bu tərəqqi sürətini saxlamaq üçün konkret addımlar həyata keçirməlidirlər. Çünki məhz dövlət-özəl tərəfdaşlığı gələcəyin işlərinə hazır olan müasir və daha möhkəm cəmiyyətin qurulmasına kömək edə bilər. Bu, insanlar, əmək bazarları və qlobal iqtisadiyyat üçün son dərəcə mühüm amildir. Bu baxımdan, Davosda liderlər arasında keçirilən danışıqlardan sonra enerji, ticarət, turizm və investisiya əlaqələrinin genişləndirilməsi münasibətlərə sürətli bir təkan verəcək. İsrail və Azərbaycanın biznes nümayəndələri arasında özəl sektor üzrə əməkdaşlığın dərinləşdirilməsi münasibətlərin dayanıqlı hal almasına gətirib çıxaracaq. Potensial kommersiya mübadilələrinin, investisiya əməkdaşlığından başlayaraq B2B əlaqələrinin müzakirə edilməsi bundan xəbər verir”.
O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki dövlət arasında münasibətlərin davamlı şəkildə yaxşılaşdığını bildirməklə münasibətləri strateji baxımından əhəmiyyətli adlandırdı. Bu, son dərəcə düzgün yanaşma və qiymətləndirmədir. Həmçinin iki ölkənin Xarici İşlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr var. Bu isə öz növbəsində ondan xəbər verir ki, iki dövlətin xarici siyasətdə atdığı addımlar sonda mütləq qaydada uzlaşmaya dayanır.
“ABŞ-Azərbaycan münasibətlərinin bu qədər müsbət trayektoriya üzrə davam etdiyi bir zamanda İsrail-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi dünya reallıqları kontekstində hər iki tərəf üçün son dərəcə mühümdür. İsrail-Azərbaycan prizmasından məsələyə baxdıqda dövlətlərin özünün və qarşı tərəfin regionunda möhkəmlənməsi xarici siyasətdə dividentli çıxmaq deməkdir”, - politoloq söyləyib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















