Azərbaycan istehsalı olan silahlar: Dünya hərb bazarına nələri təklif edə bilirik?
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli müdafiə sənayesini inkişaf etdirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi ölkə Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılıb.
Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi və ölkənin müxtəlif güc mərkəzləri tərəfindən ikili standartlara, silah embarqolarına məruz qaldığı bir dövrdə bu Sərəncamın əsas məqsədi Azərbaycan Ordusunun silah-sursat təchizatında xaricdən asılılığı azaltmağa yönəlmişdi.
Müasir, güclü və işğalda olan torpaqların azadlığı uğrunda aparılan müharibədə qalib gələ biləcək təkmil bir ordunun qurulması üçün 20 il əvvəl verilmiş bu qərarın əhəmiyyətini anlamaq indi çətin deyil. Lakin daha önəmlisi odur ki, sözügedən qərar təkcə İkinci Qarabağ müharibəsindəki qələbə üçün yox, həm də ondan sonra regionda və dünyada baş verən geosiyasi proseslərin fonunda fövqəladə mühüm əhəmiyyət kəsb etməkdədir. Çünki müasir reallıqlarda öz tələbatını daxili imkanlar hesabına təmin edə bilməyən ordunun mümkün güc yarışından qalib ayrılacağının artıq heç bir təminatı yoxdur.
Bəs bu gün yaranmasının 20-ci ilində ölkəmizin müdafiə sənayesi hansı nailiyyətlər əldə edə bilib və ya daha konkret olsaq, milli müdafiə sənayemiz Ordumuza və dünya hərb bazarına hansı silahları təklif edə bilir?
"Hərbi xronika" rubrikasının yeni buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
Daha ətraflı Baku TV-nin süjetində:
Baxış sayı:51
Bu xəbər 23 Dekabr 2025 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















