Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Xərçəng xəstələrinin sayı 67% artacaq

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Azərbaycan isveçli turistlərin gözü ilə

Azərbaycan isveçli turistlərin gözü ilə

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Stokholm, 14 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Azərbaycanda turizm təkcə paytaxtda deyil, regionlarda da geniş vüsət alır. Ölkənin şəhərlərinin mərkəzi küçələrində gəzərkən və ya muzeylərə baş çəkərkən xarici dillərdə danışanlara rast gələ bilərsiniz və onların arasında İsveç dili də az deyil. Skandinaviyalı ziyarətçilərin ölkəmizdə axtardıqları və tapdıqları nələrdən ibarətdir?

Bu yaxınlarda Azərbaycan Respublikasına səyahətdən qayıtmış Ann Sederhall, Vulf Hedlyund və Daniel Enqlyund AZƏRTAC-a müsahibələrində səfər təəssüratlarını bölüşüb, onların daha çox təəccübünə səbəb olan şeylərdən danışıb və Azərbaycanın əcnəbilərin gözü ilə necə göründüyünü təsvir ediblər.

Müxbir: Azərbaycan İsveç turistləri üçün ən populyar turizm istiqamətləri siyahısına daxil deyil. Sizi bu ölkəyə səyahət etməyə sövq edən nə oldu?

Ann: Bu regiona səyahət edən rəfiqəm orada aldığı güclü təəssüratları danışdı. Onunla söhbətdən sonra Cənubi Qafqazı öz gözlərimlə görmək qərarına gəldim.

Vulf: Çoxdan Cənubi Qafqazın üç ölkəsini ziyarət etmək istəyirdim və Azərbaycan onların ən şərqində olduğu üçün səyahətimə oradan başlamaq məntiqli görünürdü. Üstəlik, quru sərhədləri bağlı olduğuna görə bu ölkəyə başqa vasitələrlə giriş demək olar ki, mümkün deyil, ona görə də marşrutumu Bakıdan başlamaq təbii seçim idi.

Daniel: Səyahət etməyi sevirəm, Azərbaycan isə mənə təəccüblü dərəcədə maraqlı və orijinal ölkə kimi göründü.

Müxbir: Azərbaycana səfərinizdən əvvəl hansı gözləntiləriniz var idi? Onlar reallığa uyğun gəldimi?

Ann: Səfərdən əvvəl ölkə haqqında dəqiq təsəvvürüm yox idi - mən əvvəlcədən stereotiplər yaratmamağa üstünlük verirəm. Düşünürdüm ki, Azərbaycan daha nizamsız və az dünyəvi ölkə olacaq. Amma məni təəccübləndirən o oldu ki, müsəlman mədəniyyətinə baxmayaraq, orada insanlar geyim seçimində tamamilə sərbəstdirlər və bu məsələyə çox sakit yanaşırlar.

Vulf: Əslində, mənim də ölkə haqqında əvvəldən formalaşmış heç bir təsəvvürüm yox idi, ona görə də gördüyüm bir çox şey xoş kəşf oldu. Bircə bildiyim o idi ki, isveçli müğənni Lorin 2012-ci ildə Bakıda “Eurovision”un qalibi olub və Azərbaycan neftlə zəngin ölkədir. Mən yaxşı təşkilatlanmış və təhlükəsiz ölkə görəcəyimi gözləyirdim və Azərbaycan məhz belə bir turistik məkan oldu. Bakıda müasir, təsiredici memarlıq görməyə ümid edirdim və bu ümidlərim də özünü tam doğrultdu.

Müxbir: Ölkəyə gəldiyiniz zaman sizi İsveçin daha ənənəvi turistik istiqamətlərinə səfərlərlə müqayisədə xüsusilə təəccübləndirən qeyri-adi və ya gözlənilməz nə isə oldumu?

Ann: Viza almaqdan başlayaraq hər şeyin nə qədər sadə və rahat olması məni çox təəccübləndirdi. AZAL reyslərini bron etmək çox rahatdır; bunun üçün əla proqramları var və göyərtədə xidmət də fantastikdir. Bakının hava limanı sadəcə heyrətamizdir; onun bir neçə mükafat qazanması da təəccüblü deyil. Uçuş inanılmaz dərəcədə rahat keçdi, hər şey təmiz və mütəşəkkil oldu və mehriban ekipaj üzvləri həmişə kömək etməyə hazır idi. Hava limanında xüsusi yardıma ehtiyacı olan sərnişinlərə kömək etməyə həsr olunmuş məlumat məni xüsusilə heyran etdi. Bu, məndə dərin təəssürat yaratdı, həqiqətən də gözəl təşəbbüsdür.

Məni təəccübləndirən o oldu ki, kifayət qədər çoxlu yerli sakin ingilis dilində danışır və tərcüməçidən istifadə etməli olmadım. Həm də yüksəksəviyyəli butiklərin bolluğu məni heyran etdi - şəhər kiçik Dubay kimi hiss olunur. Amma ən əsası, insanlar çox mehriban, hərarətli və qonaqpərvərdirlər. İfrat yüklənmiş turizm olan ölkələrdən azad və turistlərin həqiqətən səmimi qarşılandığı bir yerə səyahət etmək inanılmaz dərəcədə xoşdur. Məsələn, burada heç kim sizə tapançadan su çiləməyəcək. Ölkə daxilində səyahət etmək asandır, qiymətlər münasibdir, otellərin standartı isə mənim üçün xoş sürpriz oldu.

Vulf: Bakının köhnə hissəsi çox xoş bir kəşf oldu və məni bu şəhərə aşiq etdi. Demək olar ki, yalnız müasir göydələnləri görəcəyimi gözləyirdim, ona görə də İpək Yolu dövrünə aid saraylar böyük və məmnunluq bəxş edən sürpriz oldu. Azərbaycanın qonşu ölkələrdən mədəni təsirləri də ehtiva edən unikal və maraqlı mədəniyyəti var, bunu hiss etmək maraqlı idi. Hər şeydən əvvəl, ölkədə qərbli turistlərin çox az olması təəccüb doğurdu, mən yalnız onların bir neçəsinə rast gəldim. Azərbaycanı, xüsusən də Bakını Qərbi Avropanın tanınmış turizm şəhərləri ilə müqayisədə daha təhlükəsiz, daha təmiz və daha dinc yer kimi qiymətləndirərdim.

Daniel: Bakı mənim üçün çox maraqlı yerləri və əla restoranları olan olduqca xoş şəhər oldu. Burada digər ölkələrə və şəhərlərə nisbətən turist azdır, həyat tempi isə daha sakitdir.

Müxbir: Azərbaycana səfərinizlə bağlı yaddaşınızda ən çox nə qalıb?

Ann: Artıq qeyd etdiyim kimi, insanların mehribanlığı, eləcə də getdiyim möhtəşəm incəsənət muzeyləri və təbii ki, yeməklər. Yerli şərab da məni heyran etdi.

Tarix ilə yeniliyi harmonik şəkildə birləşdirən memarlıq sadəcə heyranedicidir. İndi başa düşürəm ki, Bakı niyə “kiçik Paris” adlanır. Piyada hərəkət etməyin asan olması da çox xoşuma gəldi - infrastruktur əladır. Mən geri qayıtmaq istərdim.

Vulf: Bakıda Dağüstü parkda olanda, Xəzər dənizinin, şəhərin və “Flame Towers”in panoramlı mənzərəsini gördüm - bu inanılmaz idi! Qafqazın cənub yamaclarına düşən şüalar fonunda günəşin qürubu ilə işıqlanan Şəkinin Köhnə şəhərinin daş döşənmiş küçələri ilə gəzmək sadəcə olaraq gözəl idi!

Daniel: Bakı mənim yaddaşımda çox canlı və təsiredici şəhər kimi qalıb. Paytaxtın yaxınlığındakı palçıq vulkanları da yaddaşımda unudulmaz təəssürat buraxıb.

Müxbir: Sizcə, isveçlilərin Azərbaycan haqqında tez-tez səhv başa düşdüyü və ya sadəcə bilmədiyi nə isə varmı?

Ann: Düşünürəm ki, isveçlilər sizin ölkəniz haqqında az məlumata malikdirlər. Bir çox insan hətta səhvən buranı cinayətkarlıq və qeyri-təhlükəsizlik ilə əlaqələndirərək məndən soruşurdu ki, oraya getməyə necə qərar verdim, amma şəxsən mən Azərbaycanda özümü İsveçdən daha təhlükəsiz hiss etdim.

Vulf: İsveçlilərin əksəriyyəti Azərbaycan haqqında çox az şey bilir və ölkənin qapalı, müəmmalı və girişi çətin olduğunu düşünür. Amma bu, heç də doğru deyil! Azərbaycan turizmə açıqdır. Təbiətinin nə qədər gözəl olduğunu təsəvvür belə etmədən, onlar bu ölkənin yalnız neft yataqları və səhra mənzərələrindən ibarət olduğunu düşünürlər. Mən məmnuniyyətlə Azərbaycana qayıdardım - Quba, Xınalıq və Naxçıvan artıq siyahımdadır!

Daniel: İsveçlilərin təkcə İspaniyaya və digər tanış yerlərə deyil, Azərbaycan kimi qeyri-adi ölkəyə səfər etmələrinə dəyər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see645

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see450

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see297

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see260

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see254

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see253

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see249

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see240

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see230

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see215

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see211

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see211

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see206

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see201

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see198

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see187

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see182

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see174

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see173

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri