Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan karateçisi Qürbət Məhərrəmov Şəhidlərimizin xatirəsinə həsr olunmuş ənənəvi XI “Arpaçay Open” beynəlxalq turnirində qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, +80 kiloqram çəkidə çıxış edən idmançı karatenin Olimpiya növü olan WKF versiyası üzrə 30 yaş qrupu üzərindən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışa Azərbaycan Milli Karate Federasiyasının beynəlxalq dərəcəli hakimi Vüqar Kərimovun rəhbərliyi ilə çıxan Q. Məhərrəmov Avropa və dünya çempionatının bürünc medalçısıdır. O, həmçinin ikinci Dan qara kəmər ustasıdır.
Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirdə 12 ölkədən 1300-dən çox idmançı və 11 beynəlxalq dərəcəli hakim iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:390
Bu xəbər 05 Fevral 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















