Icma.az
close
up
RU
Azərbaycan kədərinizi bölüşür!

Azərbaycan kədərinizi bölüşür!

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Türkiyənin hərbi təyyarəsi Gürcüstanda qəzaya uğradı...

Xəbər verildiyi kimi, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi rayonu ərazisində qəzaya uğrayıb. Azərbaycandan Türkiyəyə gedən “C130” hərbi yük təyyarəsinin qəzaya uğraması ilə qısa zamanda axtarış-xilasetmə işlərinə start verilib. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi xəbər yayıb. Bildirilib ki, noyabrın 11-də Siqnaxi bələdiyyəsi ərazisində, Gürcüstanın dövlət sərhədinin təqribən 5 kilometrliyində Türkiyəyə məxsus yük təyyarəsinin qəzaya uğraması ilə bağlı uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq başlanılıb.

20 şəhidimiz var...

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan “C130” hərbi yük təyyarəsi ilə bağlı açıqlamasında hadisə ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə yalnız rəsmi qurumların açıqlamalarına diqqət yetirilməsinin və təsdiqlənməmiş məlumatların paylaşılmamasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Türkiyə Milli Müdafiə Nazirliyi isə qəzaya uğrayan “C130” hərbi nəqliyyat təyyarəsində ümumilikdə 20 nəfərin olduğunu yayıb. Hadisə nəticəsində iyirmi hərbçi həlak olub. Nazirlik sosial mediada qəza qurbanlarının adlarının siyahısını bu sərlövhə ilə paylaşıb: “Vətən sizə minnətdardır!”.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib. “Qəhrəmanlarımız 11 noyabr 2025-ci ildə Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında C130 hərbi- nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olublar. Öz adımdan və Türkiyə Silahlı Qüvvələri adından başsağlığı verirəm və qurbanların ailələrinə, bütün türk xalqına səbir diləyirəm”, - deyə Güler paylaşımda bildirib.

Prezident başsağlığı verdi, zəng etdi...

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: “Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

Bundan başqa, noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib. Türkiyə Respublikasının Prezidenti telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib. Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib.

Azərbaycan qardaş ölkəyə başsağlığı verdi...

Noyabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Türkiyənin xarici işlər naziri Hakan Fidana zəng edib. Nazir Ceyhun Bayramov Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar başsağlığı diləklərini çatdırıb, həlak olan təyyarə heyətinə və hərbçilərə Allahdan rəhmət diləyib, doğmalarına səbir arzulayıb. Qəza ilə əlaqədar Azərbaycan tərəfinin Türkiyənin və Gürcüstanın aidiyyəti dövlət qurumları ilə təmasda olduğu bildirilib. Ölkəmizin qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğu qeyd edilib. Nazir Hakan Fidan başsağlığına və bu ağır gündə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən “C130” hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib.

Türk Dövlətləri Təşkilatı (TDT) da Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Ankaraya başsağlığı verib. Bu barədə təşkilatın “X” hesabındakı paylaşımında yazılıb. “Bu faciəli qəzada şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına və qardaş türk xalqına başsağlığı veririk”, - paylaşımda bildirilib.

Azərbaycan Prezidentinin göstərişi ilə...

Hadisə ilə bağlı noyabrın 11-də Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Hakan Fidan ilə Maka Boçorişvili arasında telefon danışığı olub. Danışıq zamanı Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyəyə məxsus hərbi yük təyyarəsi ilə bağlı həyata keçirilən axtarış-xilasetmə işləri barədə məlumat mübadiləsi aparılıb. Gürcüstanın xarici işlər naziri Boçorişvili hadisə ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Qeyd edək ki, hadisə baş verəndən az sonra Gürcüstanın daxili işlər naziri Gela Geladze əraziyə gedib. Daha sonra Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Siqnaxi bölgəsinə gəlib. Nazir təyyarənin qəzaya uğradığı ərazidə aparılan axtarış-xilasetmə əməliyyatları ilə maraqlanıb. Vurğulayaq ki, Türkiyə tərəfi, həmçinin hərbi yük təyyarəsinin qəzaya uğradığı əraziyə axtarış-xilasetmə qrupu və pilotsuz uçan aparatlar göndərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb. Bundan başqa, Türkiyə-Gürcüstan və Azərbaycan müdafiə nazirləri təyyarə qəzası ilə bağlı məsləhətləşmələr aparıb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə əlaqə saxlayıb. Baş nazir Əli Əsədov ölkəmizin qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq heyətinin həmin əraziyə göndərməyə və digər lazımi dəstək tədbirlərini görməyə hazır olduğunu bildirib.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Noyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see410

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see265

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see263

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see257

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see249

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see245

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see240

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see240

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see238

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see237

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see234

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see231

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see230

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see217

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see214

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see195

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see191

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see185

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see163

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri