Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 yanvar, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) sayca dördüncü “Məzun Günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, məzun günü açılış nitqində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov mərkəzin ölkənin kibertəhlükəsizlik sahəsinə verdiyi töhfələrdən bəhs edib.

“Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf Konsepsiyası rəqəmsallaşma ilə yanaşı, dövlətin, biznesin və və vətəndaşların fərdi məlumatlarının qorunmasını, cəmiyyətin rəqəmsal savadlılığının artırılmasını və İKT üzrə peşəkar mütəxəssislərin hazırlanmasını hədəf alıb. Eyni zamanda, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasında da bu sahədə kadr potensialının artırılması ilə bağlı tədbirlər nəzərdə tutulub. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən də bu prosesə uğurlu dəstəyin həyata keçirilməsi işləri davam etdirilir. Belə ki, mərkəz kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssislərin və təlimçilərin yetişdirilməsi ilə yanaşı, ekosistemlə qarşılıqlı əlaqəni gücləndirir, şirkət və qurumların prosesə cəlbini təşviq edir, bacarıqların real mühitdə sınanmasına imkan yaradan hakaton və yarışlar təşkil edir, həmçinin yerli kibertəhlükəsizlik məhsullarının inkişafını dəstəkləyərək sahənin dayanıqlı inkişafına töhfə verir”, - deyə F.Osmanov qeyd edib.

Daha sonra tərəfdaş qurumların, eləcə də “Technion”un nümayəndələri çıxış edərək proqramın əhəmiyyətini, məqsədlərini və gələcək perspektivlərini vurğulayıblar. İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev AKM-in fəaliyyəti, tərtib edilən yeni proqram və layihələr, eləcə də görülən işlərin nəticələri və əsas göstəricilərlə bağlı təqdimat həyata keçirib.

2024-cü il üzrə mərkəzdən ümumilikdə 160 nəfər təlimlərini tamamlayaraq məzun olub. Müdafiə və hücum komandalarından məzun olan 60 tələbə ötən il 2000-dən çox müraciətçi arasından bütün mərhələləri uğurla başa vuraraq AKM-də təhsil haqqı qazanıb. Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən müdafiə (Blue Team) və hücum (Red Team) qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər barəsində praktiki biliklərə yiyələniblər. Bu il ilk dəfə keçirilən “Purple team” təlimlərindən isə 40 nəfər məzun olub. Bu təlimlər hücum və müdafiə komandalarının təcrübələrini birləşdirir. Proqram xüsusi olaraq özəl və dövlət sektorunda 2 ildən çox təcrübəsi olan mütəxəssislər üçün nəzərdə tutulub.

Tədbirin davamında məzunlardan ibarət komanda təhsil müddətində qazandıqları bilikləri real dünya problemlərinə və mövzularına tətbiq etdikləri yekun layihələrini təqdim ediblər. Daha sonra yüksək nəticə əldə etmiş 2 məzunun mükafatlandırılması baş tutub. Sonda məzun olan 100 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib.

Qeyd edək ki, hazırda Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 5-ci dalğa üzrə təlimlər davam edir. Hücum və müdafiə komandaları üzrə təşkil olunan təlimlərdə 60 nəfər iştirak edir. Onlar 2400-dən çox namizəd arasından seçilərək proqramda iştirak hüququ qazanıblar.

Tədbir çərçivəsində Azərbaycanın müxtəlif dövlət və özəl şirkətlərinin iştirakı ilə HR sərgisi keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri