Azərbaycan kiçik ada dövlətləri ilə yeni əməkdaşlıq qurur PAYLAŞIM
Icma.az bildirir, Sia Az portalına istinadən.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Millətlər Birliyinin Baş Katibi Şirli Ayorkor Botçvey ilə görüşüb. SİA xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Əməkdaşlığımız, İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim maliyyəsinə çıxışın yaxşılaşdırılmasını dəstəkləyən layihələrin ilk mərhələsinin işə salınması da daxil olmaqla, artıq praktiki nəticələr verir", - o yazıb.
M. Babayev bildirib ki, birgə fəaliyyətlərin növbəti mərhələsi üçün hazırlıqları, o cümlədən ədalətli enerji keçidi təşəbbüslərinə dəstəyi və SIDS-də (İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri) iqlim dəyişikliyindən təsirlənən mədəni irsin qorunmasına yönəlmiş yeni əməkdaşlıq sahəsi müzakirə edilib.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:248
Bu xəbər 24 İyun 2026 01:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















