Icma.az
close
up
RU
Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini davam etdirir

Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini davam etdirir

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilmiş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iqlim dəyişikliyinin bu ölkələrə yaratdığı təhdidlər və yaranan təhlükələrin minimuma endirilməsi üçün zəruri olan tədbirlər müzakirə edilib. Azərbaycan artıq uzun müddətdir ki, kiçik ada dövlətlərinə dəstək verir, onlara müxtəlif təbii fəlakətlərin təsirini azaltmaq üçün yardım göstərir. Azərbaycan su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

"Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib.Dövlətimizin başçısı bütün inkişaf etmiş ölkələri bu işə səfərbər olmağa çağırdı. Qeyd olundu ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir", - deputat bildirib.

K.Qafarov vurğulayıb ki, Prezident İlham Əliyevin neokolonializm və iqlim dəyişmələri mövzusunda səsləndirdiyi fikirlər Azərbaycanın prinsipial mövqeyini bir daha nümayiş etdirib: “Bu gün dünyaya demokratiya dərsi keçmək iddiasında olan Fransa və Niderland kimi dövlətlərin hələ də müstəmləkəsində qalan ölkələr hazırda iqlim dəyişikliyindən ən çox əziyyət çəkənlər sırasındadır. Həm də bu fəsadlar təkcə təbii proseslər nəticəsində deyil, həm də neokolonializmi təşviq edən dövlətlərin müstəmləkə ərazilərində dağıdıcı fəaliyyətləri ilə bağlı yaranır. Öz çıxışında dövlətimizin başçısı bu fəlakətlərə səbəb olan dövlətlərin həyata keçirdikləri siyasəti qətiyyətlə ifşa etdi. Fransa və Niderlandın öz müstəmləkə ərazilərində uzun illər boyunca apardıqları yüzlərlə nüvə sınaqları səbəbindən ətraf mühitin ciddi şəkildə ziyan görməsini vurğulayan cənab Prezident həmin ərazilərdə torpaq və suyun kəskin dərəcədə zəhərlənməsinə, radiasiya fonunun yüksəlməsinə görə bu ölkələrin məsuliyyət daşıdıqlarını birmənlı şəkildə bəyan etdi. Cənab Prezident İlham Əliyev Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər, insan hüquqlarının kütləvi surətdə və kobud şəkildə pozulması hallarını diqqət mərkəzinə çəkərək, Makron rejiminin bu il Yeni Kaledoniyada kanakların legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyduğunu, 169 nəfəri yaraladığını və 1700 insanı həbs etdiyini xatırlatdı. Bütün bunlara baxmayaraq, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurasının Parlament Assambleyası tərəfindən pisləndi. Bu, da o deməkdir ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşürlər. Azərbaycan isə kiçik ada dövlətlərinə öz dəstəyini bundan sonra da davam etdirəcəkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Noyabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri