Icma.az
close
up
RU
“Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini davam etdirir” Qafarov

“Azərbaycan kiçik ada dövlətlərinə dəstəyini davam etdirir” Qafarov

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilmiş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iqlim dəyişikliyinin bu ölkələrə yaratdığı təhdidlər və yaranan təhlükələrin minimuma endirilməsi üçün zəruri olan tədbirlər müzakirə edilib. Azərbaycan artıq uzun müddətdir ki, kiçik ada dövlətlərinə dəstək verir, onlara müxtəlif təbii fəlakətlərin təsirini azaltmaq üçün yardım göstərir. Azərbaycan su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verir.”

Moderator.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib: ” Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib.Dövlətimizin başçısı bütün inkişaf etmiş ölkələri bu işə səfərbər olmağa çağırdı. Qeyd olundu ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.”

K.Qafarov vurğulayıb ki, Prezident İlham Əliyevin neokolonializm və iqlim dəyişmələri mövzusunda səsləndirdiyi fikirlər Azərbaycanın prinsipial mövqeyini bir daha nümayiş etdirib:

“Bu gün dünyaya demokratiya dərsi keçmək iddiasında olan Fransa və Niderland kimi dövlətlərin hələ də müstəmləkəsində qalan ölkələr hazırda iqlim dəyişikliyindən ən çox əziyyət çəkənlər sırasındadır. Həm də bu fəsadlar təkcə təbii proseslər nəticəsində deyil, həm də neokolonializmi təşviq edən dövlətlərin müstəmləkə ərazilərində dağıdıcı fəaliyyətləri ilə bağlı yaranır. Öz çıxışında dövlətimizin başçısı bu fəlakətlərə səbəb olan dövlətlərin həyata keçirdikləri siyasəti qətiyyətlə ifşa etdi. Fransa və Niderlandın öz müstəmləkə ərazilərində uzun illər boyunca apardıqları yüzlərlə nüvə sınaqları səbəbindən ətraf mühitin ciddi şəkildə ziyan görməsini vurğulayan cənab Prezident həmin ərazilərdə torpaq və suyun kəskin dərəcədə zəhərlənməsinə, radiasiya fonunun yüksəlməsinə görə bu ölkələrin məsuliyyət daşıdıqlarını birmənlı şəkildə bəyan etdi. Cənab Prezident İlham Əliyev Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər, insan hüquqlarının kütləvi surətdə və kobud şəkildə pozulması hallarını diqqət mərkəzinə çəkərək, Makron rejiminin bu il Yeni Kaledoniyada kanakların legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyduğunu, 169 nəfəri yaraladığını və 1700 insanı həbs etdiyini xatırlatdı. Bütün bunlara baxmayaraq, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurasının Parlament Assambleyası tərəfindən pisləndi. Bu, da o deməkdir ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşürlər. Azərbaycan isə kiçik ada dövlətlərinə öz dəstəyini bundan sonra da davam etdirəcəkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Noyabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see214

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see214

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see209

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see203

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see193

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see176

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see142

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see140

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see138

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see138

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see129

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see129

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see126

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see125

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see124

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see123

Berdıyevi istefaya göndərmək həvəsi

04 Noyabr 2025 10:00see120

Merts Suriyanın keçid dövrü prezidenti ilə qaçqınların geri qayıdışı məsələsini müzakirə edəcək

04 Noyabr 2025 07:01see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri