“Azərbaycan kinosu bir adamda cəmlənsə, mənim üçün o Rasimdir” VİDEO
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan kinosunun canlı siması idi”.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Xalq şairi Ramiz Rövşən deyib.
O Rasim Balayev haqda fikirlərini bölüşüb:
“Bu qədər gözəl aktyorlarımız sənətkarlarımız var idi, amma Azərbaycan kinosunun tarixi, hamısı Rasim Balayev idi. 23 yaşında Azərbaycandan kənarda da məşhurlaşmışdı, zərrə qədər də dəyişməmişdi. Sənət adamları o yaşda şöhrət qazananda birdən sel kimi gəlir. Amma o həmin Rasim idi, axıracan... Özü də belə gizli saxlayırdı, gözlənilməz oldu. Mənim də ayağımda problem var.
O da onun xarakterindən irəli gəlir, ağrının hamısını özü çəkir. Dişi, dırnağı ilə gəlib çıxmışdı bu yerə. Nəhəng insanı keyfiyyəti var idi, şöhrət zərrə qədər dəyişməmişdi. Azərbaycan kinosu bir adamda cəmlənsə, mənim üçün o Rasimdir”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 30 Mart 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















