Icma.az
close
up
RU
Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur?

Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur?

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Keçmiş mədəniyyət naziri və keçmiş səfir Polad Bülbüloğlu deyib ki, gələn ilin büdcəsindən kino çəkilişlərinə vəsait ayırmaq nəzərdə tutulmayıb. Hazırda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olan Polad Bülbüloğlu parlamentin bir neçə komitəsinin birgə iclasında bu barədə damışıb.

Report agentliyinin verdiyi məlumata görə, Polad Bülbüloğlu deyib: "Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmayıb. Düzü, bunun səbəblərini bilmirəm. Ancaq hər halda kinoya heç bir vəsait ayrılmaması düzgün deyil. Çünki maliyyə vəsaitinin olmaması kino mütəxəssislərinin iş yerlərini tərk etməsinə gətirib çıxaracaq. Nəticədə kinomuz inkişaf edə bilməyəcək".

Bəs Kino Agentliyinə dövlət büdcəsindən niyə vəsait ayrılmayıb? Doğrudanmı, Polad Bülbüloğlunun dedikləri doğrudur?

Hökumət bu məsələyə aydınlıq gətirib: Maliyyə Nazirliyi Polad Bülbüloğlu ilə eyni fikirdə deyil. Nazir müavini Himalay Məmişov MM-in Mədəniyyət Komitəsi sədrinin dediklərini təkzib edib. Nazir müavini rəqəmlərlə və faktlarla danışıb. Himalay Məmişov "Report"a müsahibəsində deyib ki, bu il dövlət büdcəsindən Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinə ayrılmış vəsaitin 59 %-i istifadə edilməyib.

Himalay Məmişov belə deyib: "Bu il agentliyə büdcədən 8,5 milyon manat ayrılıb. İndiyə qədər həmin vəsaitin 3,5 milyon manatı istifadə olunub. Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. Üstəlik, bu ilin əvvəlinə qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti olub".

Həmçinin nazir müavini Himalay Məmişov deputat Polad Bülbüloğlunun bəyanatını şərh edərkən kino sahəsinə edilmiş vergi güzəştlərinə də toxunub.

Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs 2022-ci ildə yaradılıb və Agentliyə dövlət büdcəsindən birbaşa vəsaitlər əsasən 2023–2025 illərində göstərilib. Bundan əvvəl isə bu məbləğ Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmlərə ayrılıb.

Bəs son beş ildə dövlət kinoya nə qədər vəsait ayırıb?

Araşdırmalardan məlum olur ki, 2020-2025-ci illərdə Azərbaycanın dövlət büdcəsindən kino sahəsinə ümumilikdə 43,544,800 manat vəsait ayrılıb. İllər üzrə statistikaya nəzər yetirdikdə, kinoya ayrılan dövlət vəsaitinin hər il artdığını görmək olur. 2025-ci ildə Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinə ayrılmış 8,5 milyon manatın cəmi 3,5 milyon manatı, yəni 41 faizi istifadə olunub. 5 milyon manat isə istifadəsiz qalıb, xərclənməyib. Bu isə o deməkdir ki, Kino Agentliyinin kino çəkilişləri üçün vəsaiti var, amma onu bu işə yönəltməyib. Yəni öz işini düzgün qura bilməyib. Yəni yeni filmlərin çəkilməməsi, heç də Polad Bülbüloğlunun dediyi kimi, pul çatışmamazlığından, yaxud hökumətin bu sahəyə diqqətsizliyindən qaynaqlanmır. Pul var, ancaq ortada iş yoxdur. Çünki məsələ təkcə büdcədən birbaşa ayrılan vəsaitdə deyil; vergi güzəştlərinin özü də dolayısı ilə kinoya göstərilən maliyyə dəstəyi deməkdir. Üstəlik Kino Agentliyi özü publik hüquqi şəxsdir; kino üçün vəsaiti bu qurum özü başqa qanuni mənbələrdən də əldə etməyə çalışmalıdır. Polad Bülbüloğlu kinonun, kino işçilərinin qayğısına qalırsa, birinci növbədə dövlətin ayırdığı vəsaitlərin niyə xərclənmədiyini Dövlət Kino Agentliyindən soruşmalıdır. Əminəm ki, bunun başqa xeyli səbəbləri ortaya çıxacaq. O cümlədən, məsələnin təşkilati və yaradıcılıq tərəfləri ilə bağlı müyyən çatışmazlıqlar və maraqlı nüanslar aşkarlana bilər.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Noyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri