Icma.az
close
up
RU
Azərbaycan kişilərinin modaya münasibəti dəyişib AYDINLIQ GƏTİRİLDİ

Azərbaycan kişilərinin modaya münasibəti dəyişib AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan kişilərinin modaya münasibəti son illər xeyli dəyişib. Əvvəllər kişilər əsasən klassik, rahat və uzunömürlü geyimlərə üstünlük verirdilər. Lakin indi, xüsusilə gənc nəsildə dəb və görünüşə marağın nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, bu dəyişikliklər həm sosial şəbəkələrin təsiri, həm də xaricdə təhsil və iş imkanlarının genişlənməsi ilə birbaşa əlaqəlidir: "Orta yaşlı və yaşlı kişilər hələ də klassik üsluba sadiq qalırlar. Onlar daha çox kostyum, köynək və müəyyən çərçivələri olan ənənəvi geyimləri seçirlər. Bunun əsas səbəbi həm iş mühitinin tələbləri, həm də cəmiyyətdə formalaşmış “kişiyə yaraşan geyim” anlayışıdır. Klassik geyim onlara həm nüfuz, həm də ciddi görünüş qazandırır.

Bununla yanaşı, 20–35 yaş arası kişilər arasında dəbə maraq daha güclüdür. Gənclər idman üslubuna, brend geyimlərə və dünya trendlərinə daha çox diqqət yetirirlər. Onların geyim seçimində fərdilik, rahatlıq və üslub ön plandadır. Brendlərə maraq artdıqca, modaya münasibət də dəyişir. Zara, Massimo Dutti, Nike, Adidas, Armani kimi markalar artıq geniş yayılıb və gənc nəsil öz imicini bu brendlərlə tamamlayır. Praktiklik isə hər yaş qrupunda əsas meyar olaraq qalır. Kişilər geyim seçərkən rahatlıq və uzunömürlülüyü nəzərə alırlar. Çox dəbdən düşən, şou xarakterli və qeyri-adi geyimlər hələ də geniş qəbul olunmur. Bu baxımdan Azərbaycan kişilərinin modaya yanaşması həm klassik, həm də modern üslub arasında bir tarazlıq yaratmaq üzərində qurulub.

Ayaqqabı seçimi kişilər üçün xüsusi əhəmiyyət daşıyır. Səliqəli və keyfiyyətli ayaqqabı imicin vacib hissəsi hesab edilir. Lakin aksesuar istifadəsi hələ də məhduddur. Boyunbağı, qolbaq və üzükdən istifadə daha çox gənclər arasında görünsə də, bu sahədə tam qəbul olunmuş bir dəb tendensiyası yaranmayıb.

Bütün bunlarla yanaşı, cəmiyyətin təsiri də kişilərin geyim seçimində mühüm rol oynayır. Bəzən çox dəbli, qeyri-adi və fərqli üslublar “qeyri-ciddi” qarşılanır. Bu da kişilərin modaya münasibətində müəyyən qədər ehtiyatlı davranmasına səbəb olur.

Yekun olaraq demək olar ki, Azərbaycan kişilərinin modaya münasibəti ənənə ilə müasirlik arasında bir tarazlıq kimidir. Onlar klassik görünüşü qorumağa çalışırlar, amma eyni zamanda gənc nəsil dünya trendlərinə daha açıqdır və modaya öz baxışını formalaşdırır. Bu isə gələcəkdə modanın Azərbaycanda daha rəngarəng və dinamik inkişafına zəmin yaradır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri