Azərbaycan Kiyevdə dörd sosial obyektin tikintisinə sərmayə qoyacaq Yuri Qusev
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna və Azərbaycan, Azərbaycan Respublikasının vəsaiti hesabına Kiyev vilayətinin İrpen şəhərində dörd sosial obyektin tikintisinə dair saziş layihəsi üzərində işləyirlər.
"Unikal" xəbər verir ki, bunu "Ukrinform"a müsahibəsində Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib.
"İndi son mərhələdə - dörd sosial obyektin həyata keçirilməsi üçün lazımi sənədlərin təsdiqlənməsi üzrə işlər gedir. Söhbətgənclərimizin yaradıcılıq və idman qabiliyyətlərinin inkişafına kömək edəcək idman məktəbi və incəsənət məktəbindən gedir", - Qusev qeyd edib.
O xatırladıb ki, İrpendəki xəstəxana Azərbaycanın, xüsusən də dövlət neft şirkəti SOCAR-ın köməyi ilə tamamilə təmir edilib və müasirləşdirilib.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 22 İyul 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















