Azərbaycan klubları UEFA seçmələrində Avropanın ən yaxşıları sırasında Siyahı
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Azərbaycan klubları 2026/27 mövsümündə UEFA-nın klub turnirlərinin seçmə mərhələsində uğurlu nəticələri ilə diqqət çəkib.
Yeniavaz.com xəbər verir ki, “Football Meets Data”nın 13 avqust tarixli statistikasına əsasən, Azərbaycanı təmsil edən klublar keçirdikləri 18 oyunda 11 qələbə, 3 heç-heçə və 4 məğlubiyyət əldə ediblər.
Bu nəticə ölkə klublarının mümkün xalların 69%-ini topladığını göstərir.
Azərbaycan bu göstərici ilə siyahıda 6-cı pillədə qərarlaşıb. Ölkəmizi yalnız Türkiyə (80%), Xorvatiya (75%), Avstriya (75%), Portuqaliya (75%) və Niderland (70%) qabaqlayır.
Ən zəif nəticələr Monteneqroya məxsusdur. Ümumi siyahının sonuncu pilləsində Monteneqro qərarlaşıb. Monteneqro klubları mümkün xalların 0 faizini qazanıb – 10 oyunda 0 qələbə, 0 heç-heçə və 10 məğlubiyyət. Ən zəif nəticə göstərən digər ölkələr arasında San Marino (13%), Uels (15%), Malta (20%) və Şimali İrlandiya (25%) qərarlaşıb.
2026/27 UEFA seçmə mərhələsində mümkün xalların qazanılması faizinə görə keçmiş SSRİ ölkələri arasında vəziyyət belədir:
Azərbaycan – 69%;
Latviya – 65%;
Ermənistan – 50%;
Estoniya – 50%;
Litva – 47%;
Gürcüstan – 44%;
Belarus – 44%;
Qazaxıstan – 43%;
Ukrayna – 35%;
Moldova – 25%.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Avropanın ən bahalı klubları Siyahı
29 May 2025 10:16
Avropanın ən ucuz şəhərləri Siyahı
25 Yanvar 2025 01:40
Azərbaycan şirkətləri dünyanın “Ən yaxşı işəgötürənləri” sırasında Siyahı
22 Yanvar 2025 10:01
Avropanın ən bahalı və ən ucuz aviaşirkətləri açıqlanıb Siyahı
21 Avqust 2026 11:38
Avropanın ən çox satılan avtomobili açıqlandı Yeni siyahı
26 İyul 2025 18:35
Baxış sayı:167
Bu xəbər 14 Avqust 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















