Icma.az
close
up
RU
Azərbaycan klublarının transfer siyasətində kim öndədir?

Azərbaycan klublarının transfer siyasətində kim öndədir?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan klublarının transfer siyasəti son illərdə xeyli fərqlilik göstərir. Bu sahədə "Qarabağ" uzun müddətdir ölkədə ən sistemli və uğurlu transfer strategiyasına malik klub kimi öndə dayansa da, bu mövsüm arxa plana keçdi. "Neftçi", "Zirə", "Araz-Naxçıvan" və "Sumqayıt" klubları isə hazırda yenidənqurma işləri aparır.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən idman jurnalisti Emin Şəmsiyev bildirib ki, qarşıda bizi sürprizlərlə dolu futbol ili gözləyir.

"Legioner limitinin ləğvi artıq öz sözünü deyir. Komandalar bütün mümkün variantlarla heyətini əcnəbilərlə "doldurmağ"a davam edir. Obyektiv yanaşsaq, kimdə uğurlu, kimdə uğursuz alınacağını hazırda demək çətin olar. Hər mövsüm olduğu kimi, yenə də zaman göstərəcək. Qarşıda bizi sürprizlərlə dolu futbol ili gözləyir. Proqnozlar vermək olar. "Qarabağ"ın skautinqi barədə çox danışmaq yersizdir. Onların hədəfləri və məqsədə doğru irəliləmələri başqa, Azərbaycanın digər klublarının amalı isə tamam başqadır. Yüksək göstəricilərə nail olmaq niyyəti və bu istiqamətdə keyfiyyətli iş görən klublardan biri kimi "Turan Tovuz"u qeyd edərdim. Komandaya cəlb etdikləri oyunçular həqiqətən yaxşı gələcək vəd edir. Ən azı futbolçuların yaxşı arxivi var.

Çalışmalar yenə də davam edir. "Neftçi"nin yerli oyunçuları da yaddan çıxarmadığını görürük. Gerçəkləşdirilən transferləri də uğurlu hesab edirəm. Bir daha qeyd edim ki, zaman göstərəcək. "Araz Naxçıvan"ı uğurlu transfer edən komandalar sırasına əlavə edərdim. Təəssüf ki, uğurlu start verəcəyini düşündüyümüz klublarln daxilində bəzi problemlər yaşanır. Komandaya yenicə qoşulmuş funksionerlərin ayrılığı kimi neqativ məlumatlar ürəkaçan deyil. Niyə çağırırdız, niyə yolladınız və ya niyə gəldin və niyə gedirsən?".

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən idman jurnalisti Cavid Əliyev isə bildirib ki, transfer dövrünün ən fəal klublarında biri "Araz-Naxçıvan"dır.

"Son çempion "Qarabağ" hələlik iki transfer reallaşdırsa da, bəzi futbolçuların gedişi (Yassin Benzia, Marko Veşoviç) azarkeşləri məyus etdi. Yeni gələn Dani Bolt və Pedro Bikalyonun Ağdam klubunda uğurlu olacağına inanıram. Xüsusilə Boltu qeyd edərdim. Meydandakı döyüşkənliyi və sürəti ilə seçilir. Rəhbərlik avrokuboklara qədər heyəti tam formalaşdırmağa çalışır. Düşünürəm ki, transferlər bununla yekunlaşmaz.

Transfer dövrünün ən fəal klublarında biri "Araz-Naxçıvan"dır. Azərbaycan çempionatına tanış iki sima - Patrik Andrade və Hamidu Keyta da komandaya cəlb edilib. Düşünürəm ki, Naxçıvan təmsilçisi yeni mövsüm üçün yaxşı heyət qurub. Onlar Konfrans Liqasında Yunanıstan "Aris"ini məğlub edə bilərlər.

"Zirə"yə gəlincə, Rəşad Sadıqov son illərdə olduğu kimi, tanıdığı futbolçuları komandaya cəlb edib. Mənim üçün Vinsent Tillin keçidi təəccüblü oldu. Çünki lüksemburqlu futbolçu "Sabah"da uğurlu ola bilmədi. Amma yəqin ki, Rəşad Sadıqov onda hansısa qığılcımı görüb.

"Sabah" klubunun baş məşqçi postuna Valdas Dambrauskası gətirməsi düzgün qərardır. Mənə görə, litvalı mütəxəssis komandada uğur qazana bilər. Ötən gün ilk rəsmi oyununa çıxdı və müsbət notlar aldıq. Sadəcə "Sabah"ın müdafisində müəyyən boşluqlar var. Bu problem öz həllini tapsa, hər şey komanda üçün yaxşı olacaq. Yeni transferlərdən Akim Zedadka yaxşı mübarizə apardı. Stiv Solvet isə müdafiədə etibarsız idi. Lakin bir oyunla da futbolçuya qiymət vermək olmaz".

Digər idman jurnalisti Mirbağırağa Cəfərli Oxu.Az-a açıqlamasında qeyd edib ki, yeni mövsüm çempionluq mübarizəsində olacağı gözlənilən "Neftçi"nin doğru addımlar atdığını düşünür.

"Transfer dönəmində ən aktiv klubumuz "Araz-Naxçıvan"dır. Bildiyim qədərilə 1-2 transfer də edərək, prosesi bitirəcəklər. "Aris" səddi keçilərsə, növbəti transferləri də edə bilərlər. Yaxşı da transferlər edirlər. Məncə, biz Naxçıvan klubunu nəinki avrokuboklarda, hətta çempionatda da iddialı görə bilərik. Fikrimcə, onlar yeni mövsümdə son ildəkindən daha üstün nəticə göstərə bilərlər. Komanda heyətinin geniş olmamasının problemini son mövsümdə qışdan sonra gördü. Ona görə artıq heyət geniş tutulub.

"Qarabağ" o qədər də aktiv deyil, görünür ki, istədikləri transferləri reallaşdıra bilmirlər. Yeni mövsüm çempionluq mübarizəsində olacağı gözlənilən "Neftçi"nin də doğru addımlar atdığını düşünürəm. Hər halda, uğursuz nəticələr göstərmiş heyət 90 faiz "təmizlənib". Yeni oyunçular da cəlb edilib. Komandadan göndəriləsi oyunçular yenə də var. İlkin baxışda yeni transferlər də pis oyunçulara oxşamır. Amma bunu rəsmi görüşlər göstərəcək. Ümumi götürsək, bütün komandalar transfer məsələlərində aktivlik göstərməyə çalışır. Hər halda, maliyyə məsələləri çox önəmlidir. Klublar da maliyyəyə uyğun davranmağa çalışır".

Oxu.Az-a açıqlama verən digər idman jurnalisti Elsəvər Məmmədov isə mövzu ilə bağlı bildirib ki, "Neftçi"nin həyata keçirdiyi transferləri müəyyən qədər uğurlu saymaq olar.

"Ən azından həmin futbolçular öz liqalarında komandalarının liderlərindən olublar.

"Qarabağ"ın transferləri heç də ürəkaçan deyil. Çempionlar Liqasında hazırlaşan komanda daha fəal olmalı idi, çatışmazlıqları aradan qaldırmalı, xüsusən Benzia kimi fubolçunun yerini doldurmaq üçün öncədən plan qurmalı idi. Amma görünən odur ki, Azərbycan klubları üçün futbolçu bazarında rəqabət o qədər də asan deyil. "Qarabağ" əgər futbolçu tapıb gətirə bilmirsə, hansısa futbolçuya pul verib onu transfer edə bilmirsə, digərlərindən danışmaq çətindir.

"Sabah"ın da elə ciddi transferi hələ ki, yoxdur. Bəlkə mövsümün startına qədər nə isə edəcəklər, amma hazırda gələn futbolçular yüksək səviyyədə deyillər.

Digər klublarımızdan danışmağa dəyməz. "Zirə" yerli bazarda klubundan ayrılan kim varsa, tutub gətirir komandaya. Konfrans Liqasında uğurlu olmaq istəyən komanda Vinsen Tilli heyətə qatırsa, başqa nə deyək?

Digər klublar isə onsuz da transfer edəcəklər. Həmin transferlər də ya tutar, ya tutmaz. Zatən elə güclü nə isə gözləməyə də dəyməz".

Anar Həsənov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 İyul 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri