Azərbaycan klubu alman hücumçu ilə gücləndi
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib.
Futbolpress.az xəbər verir ki, Çance Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalanıb. 28 yaşlı hücumçu artıq Bakıdadır. Sağ-sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala müxtəlif illərdə vətəni Almaniyada “Borussiya Münhenqladbax”, “Elfersberq”, “Redinqhausen”, “Kayzerslautern”, “Xolştayn Kil”, Niderlandın “Roda Kerkrad” klublarında forma geyinib. O, son mövsümü Almaniyanın III Bundesliqa təmsilçisi olan “Osnabruk” komandasında keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Coheni transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.
Baxış sayı:149
Bu xəbər 30 Avqust 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















