Azərbaycan klubu braziliyalı ulduz voleybolçu ilə danışıqlar aparır
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Braziliya millisinin tanınmış voleybolçusu Qabriella Gimarayeş karyerasını Azərbaycanda davam etdirə bilər.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Yüksək Liqada mübarizə aparan “Gəncə” ulduz voleybolçu ilə danışıqlar aparır.
30 yaşlı oyunçu hazırda İtaliyanın “İmoko Konelyano” komandasına çıxış edir.
Voleybolçu 2019-cu ildən 2024-cü ilin yayınadək Türkiyə “Vakıfbank”da oynayıb.
Qeyd edək ki, Qabriella Gimarayeş Braziliya millisinin heyətində Olimpiya Oyunlarının və dünya çempionatının gümüş, bürünc, eləcə də Cənubu Amerika çempionatının dördqat qızıl medalçısıdır. “Qabi” ləqəbli voleybolçu klub səviyyəsində üç dəfə Çempionlar Liqasının, iki dəfə klublararası dünya çempionatının qalibi olub.
Baxış sayı:80
Bu xəbər 22 Dekabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















