Azərbaycan klubu əcnəbi baş məşqçi ilə bağlı məsələyə nöqtə qoydu SON DƏQİQƏ
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
“Araz-Naxçıvan”da yeni baş məşqçi məsələsinə nöqtə qoyulub.
Klub bir sıra yerli-xarici mütəxəxəssislərlə danışıqlar aparırdı.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, sonda ən uyğun şəxs Andrey Demçenko görülüb.
Tərəflər bütün məsələlərdə razılığa gəlib.
Ukraynalı mütəxəssislə 6 ay+1 illik anlaşma imzalanıb.
Mövsümün ikinci yarısında göstəriləcək nəticə əcnəbi çalışdırıcının gələcək taleyini müəyyən edəcək.
Demçenko yaxın 2 gündə Bakıya gələcək.
O, yanvarın 5-də təlim-məşq toplanışına başlayacaq komandanın ilk gündən başında olacaq.
49 yaşlı çalışdırıcı 2025-ci ili Qazaxıstanda - «Jenis»də keçirib və bir neçə gün öncə oradan ayrılıb.
1990-1995-ci illərdə futbolçu kimi “Ayaks”ın formasını geyinmiş, 2011-ci ildən məşqçilik həyatına atılmış Demçenko ötən illər ərzində müxtəlif klublarda işləyib.
"İmeks", "Metallurq" (Zaporojye), "Obod" (Özbəkistan), "Veres", "Lvov", "Metallist 1925" və "Bukovina"nın, həmçinin Gürcüstanda "Dila" və "Dinamo Batumi"də əmək sərf edib. Demçenko Batumi klubunu ölkə çempionu etməyi bacarıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 01 Yanvar 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















