Azərbaycan klubu Raca Naynqolanla danışıqları yekunlaşdırıb İdman və Biz
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Belçikalı Raca Naynqolanın karyerasını Azərbaycanda davam etdirib-etdirməyəcəyi dəqiqləşib.
İdman.biz “Sportinfo.az”a istinadən xəbər verir ki, İtaliya nəhəngləri - "Roma" və "İnter"də çıxış etmiş yarımmüdafiəçinin "Karvan"la apardığı danışıqlar artıq yekunlaşıb.
36 yaşlı ulduz I Liqa təmsilçisindən kifayət qədər yüksək əməkhaqqı tələb edib. Odur ki, Yevlax klubu Belçika yığmasının sabiq üzvüylə münasibətləri rəsmi müstəviyə keçirməyib.
O, karyerası ərzində "Roma" və "İnter"dən başqa, İtaliyada "Kalyari" və SPAL, Belçikada "Antverpen"in formasını geyinib.
Roja son olaraq İndoneziyada "Bayanqkara"nın şərəfini qoruyub. Bu ilin iyulundan azad agentdir. Hazırda onun transfer dəyəri 325 min avrodur.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 06 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















